Əsas Səhifə > Gündəm, Manşet > Özünü TN-nin Aparat rəhbəri kimi tıəqdim etdi və...
Özünü TN-nin Aparat rəhbəri kimi tıəqdim etdi və...27-12-2021, 08:14 |
Kəlbəcər sakininə özünü vəzifəli şəxs kimi təqdim edən xanım sonradan ona qarşı dələduzluq edib. DİA.AZ xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına Məmmədov Məmməd Əli oğlu tərəfindən şikayət edilib. Belə ki, əslən Borçalı mahalının Marneuli rayonundan olan Səmədova Fərdanə Nərimanovna vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə özünü təhsil nazirlyinin aparat rəhbəri kimi təqdim edib.Şikayətçi ilə aralarında yaranmış olan etibardan sui-istifadə etməklə onun övladını işə qəbul etdirmək adıyla ona xeyli miqdar ziyan vurub.Redaksiyamız təqdim olunan sənədləri nəzərdən keçirdikdə o da məlum oldu ki,M.Məmmədov tərəfindən 16.02.2021-ci il tarixdə “Kapital Bank” ASC-nin Kəpəz filalından Fərdanə Səmədovanın şəxsi hesab nömrəsinə 8030 manat pul da köçürülmüşdür.Bu vaxta qədər üzərinə öhdəlik götürən xətakar xanım nə vətəndaşa verdiyi sözə əməl edib, nə də ki, almış olduğu pulu geri qaytarmayıb.Son aylar mobil nömrəsini bağlayan Fərdanə Nərimanovnadan əlaqə kəsildiyindən məcburiyyət qarşısında qalan şikayətçi Daxil İşlər Nazirliyinin (DİN) rəhbərliyinə də şikayət edib.Məlumat üçün onu da qeyd edək ki,şiakayətçi ilə Fərdanə Səmədovanın tanışlığı Gəncə şəhərinin Kəpəz rayonu ərazisində baş tutub. Sonda şikayətçi mətbuat vasitəsi ilə DİN rəhbərliyindən ona köməkdarlıq edilməsini xahiş edir. Bizdə redaksiya olaraq inaırıq ki, özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edən 8030 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə imza atan Fərdanə Səmədovanın qanunsuz hərəkətləri hüquq mühavizə orqanları tərəfindən araşdırılaraq qanunamüvafiq formada ölçü götürüləcəkdir. Geri qayıt |