Əsas Səhifə > Gündəm, Manşet > Meşə quldurlarını Vüqar Kərimov HİMAYƏ EDİR?..
Meşə quldurlarını Vüqar Kərimov HİMAYƏ EDİR?..12-01-2022, 09:44 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi özü "meşə quldurlar"ın müdafiə edir. Bu qədər şikayətlər fonunda hələ də "cinayətkar dəstə" iş başındadır. DİA.AZ xəbər verir ki, bu barədə azinfo.tv məlumat yayıb. Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşələrin mühafizəsi üzrə baş mühəndis Abturab Bağırov bu qədər cinayətləri törətdiyinə görə, noyabr 2021-ci ildə ETSN-nin audit qrupu tərəfindən şiddətli şiddətli töhmət olmağına baxmayaraq, hələ də iş başındadır. Deyilənə görə, Ekologiya Nazirliyi A. Bağırovu tutduğu vəzifədən uzaqlaşdırmağa qorxur. Çün ki, sabah A.Bağırov "söykəndiyi dirəklər"in (krişalarının) üzünə durub, bütün sirləri aça bilər. Abtub Bağırov: - Dövlət meşə torpaqların satdığı üçün, 2013-cü ildə əli qandallı Masallı Məhkəməsinə gətirilən və s; - Özü və yaxın qohumları Masallı meşəbəyliyinin 20 saylı dolayında( yaşadığı kəndin yanında ) dövlət meşə fondunauzəbt edib, orada əsaslı tikintilər aparan; - Orta ixtisas təhsilli (texnikum bitirən) və ixtisasca qeyri məşəçi. Halbu ki, baş mühəndis ali ixtisas təhsilli və uyğun ixtisaslı kadr olmalıdır; - Əgər "vurma cədvəl"ini belə soruşsanız belə bilməyən; -Akt yazmaqı bilməyən, sadəcə olaraq üzdən köçürdən; -Etdiyi nöqsanlara görə, 2021-ci ilin noyabr ayı ETSN-nin audit qrupu tərəfindən şiddətli töhmət alan; -Dövlət meşə torpaqların satan; -Meşələrdən "işlik" materiallın oduncaq adıyla sexlərə satdıran; -2020-ci ilin dekabr ayı pul üstündə Qəriblər meşəbəyliyinin sabiq meşəbəyisi Sədrəddin Abbasovu 8 saylı dolayda vurub hündürlükdən itəlyən. Sədrəddin güllü bədən xəsarəti almışdı və bir neçə gün də xəstə yatdı. Bu barədə hətta iş gedib hüquq mühafizə orqanlarına qədər belə gedib çıxdı. Bu işdən dərhal sonra ETSN-nin müavini Firdovsi Əliyev MİX-nin sabiq rəisi Namik Xıdırovla Masallıya yollanaraq məsələni yoluna qoyub, onları barıdırmırşdılar və yalan saxta həmkarlar keçirtdirərək, guya Sədrəddin özü dəyib əzilib və s. -Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində bütün çirkin işlərin ssenarisini verən və s. Ekologiya Nazirliyi çıxıb yuxarıda sözügedən ittihamlara açıqlama versin və aydınlıq gətirib sübut etsin ki, bu yazılanlar yalan və şər-böhtandır. Növbəti məqaləlırimizdə Abturab Bağırovun Masallı və Cəlilabad ərazilərində vətəndaş, sahibkar və şirkətlərə satdığı dövlət meşə fondu torpaqları barədə təfərrüatılə, geniş məlumat verəcəyik. Ərazinin koordinat, xəritə və şəkilləri olmaqla. Geri qayıt |