Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan Texnologiya Universitetində NƏLƏR BAŞ VERİR...

Azərbaycan Texnologiya Universitetində NƏLƏR BAŞ VERİR...


24-01-2022, 09:27
Azərbaycan Texnologiya Universitetində NƏLƏR BAŞ VERİR...
Azərbaycan Texnologiya Universitetinin "ictimai elmlər və multikulturalizm" kafedrasında müdiri Fuad Yusifovun yol verdiyi özbaşınalıq faktı üzə çıxıb. DİA.AZ xəbər verir ki, demokratik.az-a Universitetdən verilən məlumata əsasən, kafedra müdiri mövcud qanunvericiliyin və əmək məcəlləsinin tələblərini pozaraq ATU-nun tədris şöbəsinin sabiq müdiri, hazırda Qərbi-Kaspi universitetində eyni vəzifəni daşıyan Piri Axundova havayı maaş yazır. Eyni zamanda, P.Axundovun Bakıda yaşayan həyat yoldaşı ATU-da sabiq dekan müavini olmuş Vüsalə Axundova da kafedra müdirinin özbaşınalığı hesabına dərsə gəlmədən yarımştat ənəkhaqqı anlayışı ilə maaş alır. Bir ailədən iki müəllimin "praqul"u qeydə alınmır.

Mənbə bildirir ki, proses bir neçə aydır ki, davam edir və Bakıda yaşayan Axundovların praktiki olaraq Gəncəyə gəlib dərs keçmələri onsuz da mümkünsüzdür. Son aylarda Axundovların tədris etməli olduğu fənləri isə tələbələrə məcburən digər müəllimlər tədris edib, bir çox hallarda isə dərslər ümumiyyətlə boş keçib. Hazırda imtahan dövrü olduğundan, yalnız xanım Axundovanın bugünlərdə universitetə gəlib baş çəkdiyi bildirilir.
Qeyd edək ki, ümumiyyətlə əmək qanunvericiliyində yarımştat anlayışı yoxdur. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı—natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Belə olduqda isə, hazırda Qərbi-Kaspi universitetində tədris şöbəsinin müdiri Piri Axundovun məsul işlərini atıb ATU-ya gəlmədiyi qaçılmazdır.
Məlumat üçün onu da bildirək ki, kafedra müdiri F.Yusifov 2015-ci ilədək eyni universitetin elmi işlər üzrə prorektoru olub, yol verdiyi ciddi nöqsanlara görə Təhsil Nazirliyi tərəfindən vəzifəsidən qovulub. Lakin, elə həmin ildən Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin Akif Süleymanova xüsusi tapşırığı sayəsində adıkeçən kafedranın müdiri təyin edilib.

F.Yusifov barədə dəfələrlə xoşagəlməz məlumatlar paylaşılıb, hətta saytlar yazmışdı ki, ATU-nun kafedra müdiri qadın ayaqyolusunun yanında dayanaraq müəllimləri güdür, tez-tez kollektivdə dava-dalaş salır.

Yuxarıda yer alan fakta əsasən, belə adamların təhsil ocağında işlədiyi və maaş almaları sadəcə təəssüf doğurur...


İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt