Əsas Səhifə > Gündəm, Manşet > Lerikdə OKSİGEN BAZAMIZ TƏHDİD ALTINDA...

Lerikdə OKSİGEN BAZAMIZ TƏHDİD ALTINDA...


28-01-2022, 09:11
Lerikdə OKSİGEN BAZAMIZ TƏHDİD ALTINDA...
Dəfələrlə ölkəmizin və ən çox da cənub meşələrində olan "yaşıl soyqırım" barədə xəbərlər portallarımızda kifayət qədər məlumat vermişik. DİA.AZ bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Redaksiyamıza daxıl olan şikayətçilərin məlumatına əsasən, bu "meşə mafiya"sının başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov durur.

Azinfo.tv xəbər portalına etibarlı mənbədən daxil olan məlumata görə, hazırda Lerik meşələrində adları "Qırmızı Kitab"a düşmüş və digər ağaclar kütləvi olaraq kəsilərək "şpal" halına salınıb Masallıda kı, sexlərə daşınır. Bu iş bir başa heç bir təhsili olmayan "şpal Sərraf" ləqəbli Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühafizə mühəndisi Sərraf Quliyevin göstərişi ilə həyata keçirilir. Sərraf Quliyevin də arxasında nazir müavini Vüqar müəllim dayanır. Vüqar müəllim orada, həm də Ceyhun Əmirovu müdafiə efir. Ceyhun Əmirov bir neçə ay öncə Həftoni meşəbəyliyində olan "Beta" şirkətinə verilən icarəyə görə işdən uzaqlaşdırılmışdır. Sonra o, "sehirli çubuq"unun vasitəsilə vəzifəyə gələ bildi.

Aldığımız məlumata görə Lerik meşələrində 12.00 ha ərazidə olan ağaclar, son 9 ay ərzində kütləvi olaraq qırılıb. Sputnikdən çəkilmiş şəkillər buna əsas verir. Sözügedən ərazidə olan meşələr, doluluquna görə ən qalın meşələridir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt