Əsas Səhifə > Gündəm, Manşet > Goranboyun icra başçısı üçün AĞIR GÜNLƏR...
Goranboyun icra başçısı üçün AĞIR GÜNLƏR...14-02-2022, 09:26 |
Xəbər verdiyimiz kimi, 44 günlük Qarabağ savaşını Qazisi Sərdar Rüstəm oğlu Həsənov fevralın 9-da Goranboy rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb. DİA.AZ xəbər verir ki, hurriyyet.az-a məlumat verən mənbənin sözlərinə görə, sosial vəziyyəti acınacaqlı durumda olan Sərdar Həsənov yardım üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətinə müsbət cavab ala bilməyən Qazi İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb. Qeyd edək ki, Sərdar Həsənov yaxınlıqda olan vətəndaşların köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Son məlumatlara əsasən, hazırda Qarabağ Qazisinin vəziyyəti ağırdır. Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, Goranboy rayon İcra Hakimiyyətinin Qarabağ Qasizinin müraciətinə biganə yanaşması, yetkili şəxslərin Sərdar Həsənovun problemləri ilə maraqlanmaması və aidiyyəti qurumları bu haqda bilgiləndirməməsi, bütün bunların nəticəsində isə Qazinin intihar həddinə çatdırılması ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsinə səbəb olub. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, hadisədən dərhal sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident Administrasiyasına dəvət olunaraq, ciddi şəkildə tənbeh edilib. Yeri gəlmişkən, Qarabağ Qazisinin özünü yandırması faktı Ermənistan mediasında da günün mövzusuna çevrildiyindən, 44 günlük uğurlu savaşın ardından bu cür neqativ hadisələrin yaşanması və düşmən tərəfin bundan istifadə etməsi də icra başçısına ciddi xəbərdarlıq edilməsinə səbəb olub. Hətta bəzi iddialara görə, bu hadisədən sonra M.Quliyevin yerinə kadr axtarılır və yaxın günlərdə Goranboy rayon İcra Hakimiyyəti başçısının vəzifədən uzaqlaşdırılacağı gözlənilir. Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |