Əsas Səhifə > Gündəm, Manşet > Baytarı generala, "diplomatı" nazirə çevirən universitetlərimiz
Baytarı generala, "diplomatı" nazirə çevirən universitetlərimiz5-05-2022, 08:16 |
Azərbaycanın ali məktəbləri öz uğurlu təhsil sisteminə görə dünyanın ən aparıcı universitetlərini belə geridə qoyur. Di gəl ki, beynəlxalq reytinq sıralamalarında heç bir universitetimizin adına rast gəlmək mümkün deyil. Görünür, bu da xristian təəssübkeşliyindən və ya YAP-çıların həmişə əllərində dəstəvuz etdikləri qısqanclıqdan irəli gəlir. Niyə belə düşünürəm? Gəlin, sizi yaxın yoldan qaytarım. Baxın, hansı Avropa və ya ABŞ universiteti 40-50 yaşlı bir baytara ikinci ali təhsil verib onu hələ məzun olmamış generallıq rütbəsinə, tamamilə başqa sahədə nazir, nazir müavini vəzifəsinə yüksələ bilər? Yəqin ki, belə uzağa sıçrayışlı tələbə yetişdirmək 130 ildən çox yaşı olan Stanford, yaxud 385 illik Harvard kimi universitetlərin mövcudluq tarixində görmədiyi uğurdur. Azərbaycanda isə bu uğura imza atan kifayət qədər universitetlər var. Məsələn, hazırda binasından başqa heç nəyi qalmayan Təfəkkür universitetini götürək. Bu ali məktəb Kəmaləddin Heydərovun baytar dostu Nazim Xeyrulla oğlu Məmmədovu 48 yaşında hüquq fakültəsinə qəbul edib və o, bu universiteti bitirən kimi generallıq rütbəsi alıb FHN rəhbərinin müavini vəzifəsinə təyin olunub. Naxçıvan Dövlət Universiteti də bu uğurunda Təfəkkür universitetindən geri qalmır. NDU-da ikinci təhsilini alan Rəşad İsmayılov bu il MR-nın Daxili İşlər naziri vəzifəsinə gətirilib. Rəşad İsmayılov ikinci təhsilindən əvvəl hazırda adını dəyişdirib Avrasiya Universiteti kimi fəaliyyət göstərən Bakı Ali Diplomatiya kollecini bitirib. //ovqat.com// Geri qayıt |