Əsas Səhifə > Gündəm, Manşet > Bakı şəhər təhsil idarəsində NƏ BAŞ VERİR?
Bakı şəhər təhsil idarəsində NƏ BAŞ VERİR?14-05-2022, 09:32 |
Əməkdar müəllim Bəkir Mustafayev Təhsil naziri Emin Əmrullayevə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: Cənab Nazir! Sizə müraciət edən 35 il pedaqoji stajı olan H.Mahmudbəyov adına 2 N-li texniki-humanitar liseydə müəllim və həmin liseyin 20 il direktoru vəzifəsində çalışmış əməkdar müəllim Bəkir Mustafayevdir. Bildirirəm ki,20 illik direktorluq fəaliyyətim dövründə lisey BŞTİ -nin tabeliyində olan 330 -dan cox orta ümumtəhsil məktəb və liseylər arasında həmişə nəticə qazanmış təhsil müəssisəsi sırasında olub. Yaratdığım şəffaf müəllim kollektivi mühiti təhsildə qazandığım uğurlara da stimul oldu. (2000 -2020-ci illərdə liseyin fənn olimpiadalarında, qəbul imtahanlarında 600 -dən cox bal toplayan məzunların sayında, lisey məzunlarının qəbulda orta bal göstəricisinin yuxarı olmasını izləyə bilərsiniz) Təhsildə qazandığım uğurlar BŞT -nın və TN -nin dəfələrlə “Fəxri fərman” ları və pul mükafatları ilə təltif edilib. Cənab Nazir! 2018-ci il 12 sentyabrda əsaslı təmirdən sonra CƏNAB PREZİDENT İLHAM ƏLİYEV liseyin qonağı oldu və 22 dəqiqə CƏNAB PREZİDENTİ liseyin Təhsildə qazandığı uğurlarla tanış etdim. Növbəti guşə isə 2018- ci tədris ilində 600- dən çox bal toplayan lisey məzunlarının stendi idi. CƏNAB PREZİDENT təəccüblənərək dedi ki: “Elə rayonumuz var ki, 600 baldan çox toplayan məzunları olmur. Liseyinin bu uğuru təqdirəlayiqdir”. Mən bildirdim ki,CƏNAB PREZİDENT, guşənin ölçüsü kiçik olduğundan iki məzunumuzun şəklini əlavə etmədim və onlardan altı məzun bir sinfin şağirdləridir. CƏNAB PREZİDENT gülümsəyərək “Əminəm ki, nümunəvi müəllimləriniz var!” dedi və müəllimlərin dövlətimiz tərəfindən təltif edilməsi ilə maraqlandı. Cavab verdim ki, “CƏNAB PREZİDENT son 2012 -2018 – ci illərdə liseyin 2 müəllimi “Tərəqqi” medalı, 4 müəllimi isə “Əməkdar müəllim ” Fəxri adına dövlətimiz tərəfindən layiq görülüb: “CƏNAB PREZİDENT, lisey müəllimlərin pedaqoji fəaliyyətini dəyərləndirdiyinzə görə müəllim heyəti adından SİZƏ minnətdarlığımızı bildiririk. CƏNAB PREZİDENT ,bu müəllimlərinizin zəhmətidir və dövlətmiz tərəfindən dəyərləndirilib” Prezident dedi ki, “MƏNİM DƏ müəllim heyətimizə səmimi salamlarımı yetirərsiniz! Liseyin təhsildə qazandığı uğurlardan məmnun oldum.” Cənab Nazir! CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN 35 illik şərəflə xidmət etdiyim pedaqoji fəaliyyətimdə, ünvanıma dediyi xoş sözləri unutmamışam və Təhsildə olan özbaşınalıq , haqsızlıq , korrupsiyaya qarşı sonuna qədər mübarizə aparacağıma SİZİ tam əmin edə bilərəm. Cənab Nazir! 2019/2020 tədris ilinin əvvəlində BŞTİ -dəki rüşvətxorluq, korrupsiyaya faktlarını, şəxsimə və fəaliyyətimə ləkə yaxmaq cəhdlərinə lisey direktoru kimi məruz qaldığımı real faktla SİZƏ bildirmək istəyirəm. -Müddətli əmək müqaviləsi ilə calışan direktor müavinlərindən müqavilənin 1il artırılması tələb olunan rüşvət; -65 yaş həddini keçmiş müəllimlərdən müqaviləni 1 il artırılması üçün tələb olunan rüşvət; -Məktəb direktorlarının BŞTİ -yə dəvət edilərək aylıq pul tələb edilməsi; Qarşılaşdığım bu riyakarlıq faktlarına etirazıma görə BŞTİ – nın “torba tikmə” əməliyyatı real faktlarla SİZƏ bildirmək istəyirəm. Cənab Nazir! Məlumatlı idim ki, BŞTİ -nın “İnsan resusları” sektorunun əməkdaşı Səbinə Səfərova məktəb direktorlarını BŞTİ – ə dəvət edərək hər ay 500 azn pul tələb edir. Təhsildə bu rəzalətə inanmadım və nəhayət məni də zəng edərək BŞTİ – ə dəvət etdi. Faktın doğruluğunu təsdiqi ücün əvvəlcədən 500 azn maaşımdan pul ayırıb konvertdə saxlamışdım. Səbinə Səfərova “yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini və hec kimdən qorxmadığın, hər ay 500 azn verməyimi tələb etdi” Məlumatın (rəzalətin) doğru olduğu təsdiqini tapdı və əvvəlcədən saxladığım 500 azn Səbinə Səfərovaya verdim. Növbəti ay məktəb direktorlarının vaxtında gəldiyini və mənim gecikməyimə iradını bildirdi Məqsədi məlum idi. Mən BŞTİ -ə gələrək Səbinə Səfərova ” Xalanız oğluna ( R. Tağıyevə) çatdırın ki, Bəkir müəllim “mən kimdənsə pul almıram , kiməsə də pul vermirəm!!!” bildirərək etiraz etdim. Cənab Nazir! BŞTİ – nin istənilən əməkdaşı Səbinə Səfərovanı “qara kassa” və ya “məktəb direktorlarından aylıq tələb edən” kimi tanıyır. Sual edirəm : BŞTİ- nın müdiri bu rüsvaycılığı bilirdisə niyə qarşısını almırdı, məlumatlı idisə necə BŞTİ -nın müdiri necə işləyirdi? BŞTİ – nın “Daxili nəzarət ” sektoru ( Sərxan Rzayev) ən azından kar və kor olmalıdılar ki, bu rüsvayçılıqdan xəbərdar olmasın. Cənab Nazir! 2020/2021 tədris ilinin əvvəlində BŞTİ- ə iki məktubla direktor müavini N.Şıxəliyevanın və 65 yaş həddini keçmiş əməkdar müəllim S.Bədəlovanın müddətli əmək müqaviləsinin bir il artırılması barədə müraciət etmişəm. Məktubun dərs ilinin başlanmasına az vaxt qaldığına görə gecikməsinin səbəbini Səbinə Səfərovadan soruşdum. Hər birindən 1000 azn rüşvət tələb etdi. N.Şıxəliyeva razılaşdığı üçün müqavilə bir il artırıldı. Əməkdar müəllim S.Bədəlova isə təhsildən uzaqlaşdırıldı. Cənab Nazir! 35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım rəzalətin şahidi oldum. Əməkdar müəllimindən əmək müqaviləsinin bir il artırılması üçün 1000 azn tələbi xalqına , təhsilə və gələcəyimizə qarşı XƏYANƏTDİR!!! Cənab Nazir! Bu rəzalətə etirazımın BŞTİ – dən adekvat cavabı gecikmədi. BŞTİ -nın müdiri R.Tağıyev tərəfindən “Daxili nəzarət ” sektoruna tapşırıq verildi – B.Mustafayev təhsildən uzaqlaşdırılmalıdırdır. Daxili nəzarət sektoru müdiri Sərxan Rzayev bu “işi” sektorunun əməkdaşı Bakir Məmmədova tapşırır. Bakir Məmmədov 70 saylı məktəb liseyin diektorundan bir nəfər yaxşı oxuyan VI sinif şagirdinin “şəxsi iş” sənədini BŞTİ -ə gətirməyi xahiş edir. (Şagirdin “şəxsi iş” sənədini ancaq onun valideynləri götürə bilər!). Bakir Məmmədov əlaltısı Samir adlı birindən konvertdə 800 azn və həmin “şəxsi işi” verərək həmin şagirdin “dayı”sı obrazında özünü təqdim edib, pul qarşılığında müsabiqəsiz həmin şagirdi liseyə qəbul etdirməyi tapşırır. Həmin “dayı” isə liseyə gələrək direktor müavini N.Şıxəliyevanın liseyin direktoru olduğunu zənn edərək B.Məmmədovun “torbatikmə” əməliyyatını bitirir.( N.Şıxəliyeva 10 gün əvvəl S.Səfərovaya 1000 azn vermişdi ). B. Məmmədov Samirə “torba tikmə” əməliyyatının ünvanına səhv çatdığını bildirib. Samir bir necə gündən sonra liseyə yenidən gələrək ” ailələrində rəhmətə gedən olduğu üçün həmin şagirdin liseyə gəlib getməsi çətinləşib” – bildirərək 800 azn və “Şəxsi iş” sənədinin geri qaytarılmasını tələb edir. Günün sonunda bu ssenari mənim üçün hazırlandığını bildim. Həmin şagirdin “Şagird məzun” sistemindən şəxsi məlumatlarını əldə edərək doğma dayısı ilə görüşdüm, ailədə rəhmətə gedən olmadığını və həmin şagirdin liseydə təhsil alması barədə planlarının olmadığını bildirdi. Daxili nəzarət sektorun əməkdaşı Nazim Bağırova məlumatı bildirdim. Mən, direktor müavinləri və lobarant ifadələr versək də məharətlə ört-basdır edildi. Bildirirəm ki, daxili nəzarət sektorun əməkdaşı N. Bağırovun həmkarı B.Məmədovu araşdıraraq “Əvvəl polis orqanından qovulmuş, pedaqoji fəaliyyətdən xəbərsiz, maşın bazarı alverçisi olan” bu dələduzun BŞTİ-də necə işlə təmin olunması sual doğurur. B. Məmmədovun “Torba tikmə” əməliyyatının baş tutmadığından bu işin davamı növbəti dələduza- Nazim Bağırova tapşırılır. 35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım növbəti rüsvayçılıq!!! Sentyabr 25- də liseyə komissiya göndərir, məqsəd məlumdur. Artıq bunların riyakarlıq əməllərinin səbəbini BŞTİ -nın müdiri R. Tağıyevdən öyrənmək üçün üç dəfə məni qəbul etməsini bildirsəm də hər dəfə pandemiyanı bəhanə edərək qəbul etmədi və “Aylıq 500 azn verə bilmədiyim üçün məni lisey direktoru vəzifəsindən azad edin. ”, – Ərizə yazaraq katibədən ona çatdırmağı xahiş etdim. Ərizəmin cavabı olaraq növbəti riyakarlığın şahidi oldum. “Daxili nəzarət ” sektorunun dələduzu N.Bağırov tərəfindən liseydə aparılmış məqsədli yoxlamanın və qərəzli hazırlandığını bildirərək rədd etmişəm. BŞTİ -də bu rüsvayçı əməlləri təşkil edən, rüşvət və korrupsiya faktlarını bilərəkdən gizlədən sektor müdiri Sərxan Rzayev “səmərəli fəaliyyətinə ” görə Təhsil Nazirliyinin “Fəxri Fərman” nı ilə təltif olunub. BŞTİ -nin “Daxili nəzarət ” sektoru “Aylıq verməyən məktəb direktorlarına nəzarət ” sektoru funksiyasını yerinə yetirir.. Cənab Nazir! Sizə dəfələrlə məni qəbul etdirməyinizi xahiş etmişəm. Hər dəfə qeyri-adekvat (araşdırılır –tamamlandı, köhnə tarixlə görüşə dəvət) cavablar alıram. Sonuncu “Asan” radioda çıxışınızda telefon əlaqəsi yaradaraq məni qəbul etməyinizi xahiş etdim. Qəbul edəcəyinizi bildirsəniz də bir məlumat almadım. Cənab Nazir! Qeyri-rəsmi uğurlarımın sayı rəsmilərdən qat-qat çoxdur.Pedaqoji fəaliyyətimlə ölkəyə yüzlərlə nümunəvi insan bəxş etmişəm. Liseydəki uğurlarım tək təhsil sahəsində olmayıb,həmçinin,müəllim-şagird dostluğunun, səmimiyyətinin də təməl daşların mən qoymuşam. Şagirdin çətin vaxtda müraciət etdiyi ən yaxın dostu da mən olmuşam.Bu balansı həmişə qibtə olunacaq formada qorumuşam.Ölkənin nümunəvi insanlarının formalaşmasında mənim payım var, nazirindən tutmuş həkiminə kimi, vətən uğrunda canın fəda edən qəhrəmanlarına kimi…Təbii ki, sadaladıqlarım araşdırılmağa açıqdır. Ümid edirəm bu məktubda az da olsa ömrümün böyük qismin sərf etdiyim bu peşə üçün nə qədər zəhmət sərf etdiyimi izah edə bildim. Lakin, son iki ildə çox haqsızlıqlarla üzləşirəm. Çəkdiyim zəhmətin bu formada dəyərləndirilməsi,təhsil işçilərinin öhdəliklərini yerinə yetirməməsi təhsilin gələcəyi ilə bağlı yaxşı proqnoz vermir. Yekun olaraq, müraciət məqsədimin Sizinlə fərdi görüş təşkil edilməsini xahiş etməkdir.35 illik fəaliyyəti olan əməkdar müəllimlə 10 dəqiqəlik görüşün Sizə faydası itirəcəyiniz zamandan qat-qat artıq olduğuna əminəm. Nəzərə almanızı xahiş edirəm. //tia.az// Geri qayıt |