Əsas Səhifə > Gündəm, Manşet > Goranboyda fermerlərin SU ÜSYANI...
Goranboyda fermerlərin SU ÜSYANI...31-05-2022, 08:44 |
DİA.AZ: - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Gornaboydakı kadrlarından xəbəri yoxdur. Hər halda görünəni budur. DİA.AZ bildirir ki, sözügedən rayonun Qəmərli kəndindən olan bir qrup fermer əkin sahələrini suvara bilmələri üçün su tapmadıqlarından giley edirlər. Fermerlər bildirir ki, bir ildən artıqdır eyni problemi yaşayırlar. Amma əvəzində onların əkin sahələrinə yox, ayrı-ayrı məmurların sahələrinə su verilir, sıravi kənd sakinləri olan fermerlərin isə əkin-biçinləri məhv olur. DİA.AZ bildirir ki, sakinlər açıqlamalarında maraqlı bir məqama da toxunublar: "Zaur Mikayılovun gəlişindən sonra bu problem yaranıb. Bundan əvvəlki rəhbərlik camaatın dərdini dinləyirdi, kömək edirdi. Amma Meliorasiya və Su Təsərrüfatı ASC-də dəyişiklik baş verəndən sonra problemlər yaşamağa başlamışıq". Onu da qeyd edək ki, narazı fermerlər arasında hətta 400 hektar sahəsi olanlar da var ki, onlar da çətinliklə üzləşiblər. Daha ətraflı aşağıdakı videoda: İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |