Əsas Səhifə > Gündəm, Manşet > Şəmkirdəki həbslərin Bərdədəki ƏKS-SƏDASI...

Şəmkirdəki həbslərin Bərdədəki ƏKS-SƏDASI...


7-06-2022, 07:03
Şəmkirdəki həbslərin Bərdədəki ƏKS-SƏDASI...
DİA.AZ: - Bir neçə gün əvvəl Şəmkirdə səs-küylü həbslərin həyata keçirildiyini xəbər vermişdik: Şəmkirdə hansı məmur HƏBS OLUNUB? - 6 ay əvvəl təyin olunan...

Qeyd edək ki, artıq bu həbslərlə bağlı rəsmi məlumat təqdim olunub. DİA.AZ həmin açıqlamanı diqqətinizə çatdırır:

Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Regional Mədəniyyət İdarələri ilə bağlı hüquqi araşdırmalar davam etdiyindən digər idarə rəhbərləri də əl-ayağa düşüblər. Bu barədə danışan mənbənin iddialarına görə, onların sırasında Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəzilə Möhsümova da var. Qeyd edək ki, Vəsilə xanım iki aydan bir az artıqdır ki, sözügedən vəzifəyə təyin olunub. Amma buna rəğmən gəldiyi gündən BÖYÜK İŞLƏRƏ imza ata bildiyindən ciddi əndişə keçirir.

Bu barədə danışan məlumatlı mənbə xatırladır ki, Şəmkirdə qollarına qandal vurulan Azər Rəcəbov da yeni kadr idi, əmrinin möhüründən altıca ay vaxt keçmişdi...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağölı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt