Əsas Səhifə > Gündəm, Manşet > Yardımlıda xüsusi əməliyyat KEÇİRİLƏ BİLƏR

Yardımlıda xüsusi əməliyyat KEÇİRİLƏ BİLƏR


8-06-2022, 07:58
Yardımlıda xüsusi əməliyyat KEÇİRİLƏ BİLƏR
DİA.AZ: - Dünən məlumat yayıldı ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Şirvan rayonunda əməliyyat keçirir. Xəbərdə deyilirdi ki, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsində axtarışlar aparılır. İdarələrin bir neçə vəzifəli əməkdaşının artıq saxlanıldığı bildirilir. DİA.AZ bildirir ki, buna qədər oxşar əməliyyat daha bir neçə rayonda həyata keçirilib və həbs olunanlar var.

Onu da bildirək ki, son günlər antikorrupsiya tədbirlərinin güclənməsi sakinlərdə də bir inam yaradıb və illərdir narazılıqlarını ifadə edən vətəndaşlar bu gün ümidlə onları da narahat edən məmurlara qarşı ölçü götürüləcəyinə inanırlar. Belə bir vətəndaş inamının ifadəsi DİA.AZ-a göndərilən müraciətdən də anlaşılır.

DİA.AZ-a yazan Yardımlı sakinləri bildirir ki, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Yardımlı Ərazi Şöbəsində işçiləri Fərzəli Salmanov və Şahin adlı bu iki şəxs Yardımlı rayonunda əkinə yararlı torpaqları hamısıni ferdi ev tikintisi üçün saxta yollarla vətəndaşlardan 3500 manat alaraq satıblar.

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Yardımlı Ərazi Şöbəsinin əməkdaşları sənədlərin çoxuna özləri vətəndaşın adından imza atıb rəsmiləşdirblər. 1 vətəndaşa 25 sot torpaq satılıb, ayrı-ayrı adamların adına sənədləşdiriblər və yekunda 1 adama məxsus olub hamısı saxta yollarla.

Sual veririk, Əmlak Komitəsinə: Azərbaycan Respublikasının qanunlarına əsasən 1 vətəndaşa 6 sot torpaq sahəsi düsdüyü halda nece olur ki 1 vətəndaşa 25 sot fərdi ev tikmək üçün torpaq sahəsi verilir?

Sualımıza cavab versin Əmlak komitəsi! Burdan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xahiş edirik ki, yolunu Yardımlı ərazi şöbəsindən də salsın... Burda elə çirkli saxtakarlıq baş alıb gedir ki, heç bir qurumudan çəkinmədən, heç bir qanundan qorxmadan..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt