Əsas Səhifə > Gündəm, Manşet > Göygöldə camaat kimə şikayət edəcəyini bilmir...
Göygöldə camaat kimə şikayət edəcəyini bilmir...24-06-2022, 08:52 |
Cəmi 1 km yoldur. Amma 4 minə yaxın sakinin həyatını cəhənnəmə çevirib. Söhbət Göygöl rayonunun Hacıməlik qəsəbəsindən gedir. Qəsəbədə mövcud olan yararsız avtombil yolu yaşayış massivində həyatı iflic edib. Sakinlər deyirlər ki, qapısını döymədikləri qurum qalmayıb. Kənd bələdiyyəsinə dəfələrlə müraciət olunsa da bələdiyyə sədri sakinləri sadəcə quru vədlərlə yola salıb. Nə yolu təmir edən var, nə də sadə insanların dərdlərini aidiyyatı qurumlara çatdıran. Yolun probemi ilə yanaşı qəsəbəni məişət tullantıları da bürüyüb. Kiminsə yolu Hacıməlik qəsəbəsindən düşsə məişət tullatıları içərisində itib-batan yaşayış massivini görəcək. Qalaq-qalaq yığılan zibillər dağa çevrilib. Qalaqlanan məişət tullantıları yaşayış massivindən keçən su arxının içərisinə qədər dağılaraq burada da xüsusi antisanitar vəziyyət yaradıb. Bələdiyyə sədri Tural Əliyev isə sakinlərin iradları ilə razılaşmır. Deyir ki, yaxın zamanda yolun təmiri ilə bağlı işlərə başlanılmalıdır. Artıq bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib. Hacıməlik qəsəbəsinin natəmiz vəziyyətinə gəlincə? -Sakinlərlə müqayisədə bələdiyyə sədri məsələyə pozitiv yanaşır. Verilən vədlərin nəticəsini isə yaxında görəcəyik. Belediyye.net Geri qayıt |