Əsas Səhifə > Gündəm, Manşet > Xaçmazda daha bir ŞÜBHƏLİ TENDER...
Xaçmazda daha bir ŞÜBHƏLİ TENDER...16-07-2022, 10:24 |
DİA.AZ: - Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, 1 077 755 manatlıq tenderin qalibi "Taleh-A.T." Müəssisəsi olub. Xatırladaq ki, "Taleh-A.T." Müəssisəsi bundan əvvəl Quba Rayon İcra Hakimiyyəti Başçisinin Zərdabi Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin uşaq bağçasında əsaslı təmir işləri üzrə 38 900 manatlıq tenderin qalibi olub. DİA.AZ bildirir ki, "Taleh-A.T." Müəssisəsi davamlı olaraq Xaçmaz RİH-in tenderlərində `QALİB` elan olunur. Halbuki bu qurumun adı dövlətin yanında heç də müsbət mənada hallanmır. Xatırladaq ki, təkcə elə iki əvvəl də Xaçmaz RİH "Taleh-A.T." Müəssisəsinə Xaçmaz şəhərinin daxili küçələrinin təmiri və yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə 953 054 manat ödəmişdi. Apardığımız araşdırmalar da təsdiqləyir ki, son iki il ərazində görülən işlərin ümumi dəyəri 200 min manatdan artıq deyil və bu da yeyinti faktını tam çılpaqlığı ilə təsdiqləyir. İndi isə Xaçmaz RİH eyni şirkətə 1 milyondan artıq yeni vəsaiti ayırır. Hər halda hüquq-mühafizə orqanları bu faktları araşdırsa, ortaya daha samballı faktlar çıxar. DİA.AZ onu da qeyd edir ki rəsmi qurumların yaydığı məlumata görə, "TALEH - A.T." müəssisəsi malların dəyərini azaltmaqla vergidən dəfələrlə yayınıb. Hər halda belə bir şirkətə dövlətin milyonlarının əmanət olunması ən azından şübhəlidir... Məsələ ilə əlaqədar dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |