Əsas Səhifə > Gündəm, Manşet > Şəmkirin ipə-sapa yatmayan QÜDRƏTİ...

Şəmkirin ipə-sapa yatmayan QÜDRƏTİ...


30-07-2022, 09:37
Şəmkirin ipə-sapa yatmayan QÜDRƏTİ...
DİA.AZ: - "Biz Şəmkirin təhsil işçiləri Qüdrət Əliyevin əməllərindən bezmişik. Uzun müddət Şəmkir rayon İcra Hakimiyyətinin 1 ci müavini işləyən, Alimpaşa Məmmədovun pulyığanı, qara kassası, sonda da üzünə durub istintaq orqanları ilə əlbir olaraq, əleyhinə ifadələr verməklə, özünü məsuliyyətdən qurtarmağa çalışan bu şəxs, 1 ildən artıqdır Təhsil sahəsinə rəhbərlik etdiyi müddətdə insanların səbrini daşırıb". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra qeyd olunur: "Qüdrət Əliyev 2 cümləni normal düz qoş edib danışa bilmir, çıxışları insanlarda ikrah, gülüş və ironiya hissləri yaradır. "Loru dildə" danışmağı daha üstün sayan Qüdrət Əliyev özünə yeni gəlir tapıb. 2021 ci ilin aprel ayında Təhsil Şöbəsinə müdir təyin olunan bu şəxs, özünün dediyi kimi öz hesabına 100 minə yaxın pul xərcləyib binanı əsaslı təmir etdirdi. Bunun özü özlüyündə ayrı bir mövzudur ki, Qüdrət Əliyev o qədər pulu hardan almışdı ?! Marağı nə idi dövlət balasında olan binanı təmir etdirirdi ?! Bəlkə özü üçün oynaş yeri düzəldirdi demək olarmı görəsən?!
2022 ci ilin may ayında Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonunda həmin bu binada yerləşdirildi. Yeni müdir Qüdrət Əliyevi müdir otağından çıxardı təbii ki.
Alimpaşa Məmmədovun həbs olunması əməliyyatında yaxından iştirak edən Qüdrət Əliyev hər hərəkəti ilə Fazil Məmmədova sadiqliyini sübut etməyə çalışır. Bunun məntiqi davamı olaraq, Təhsil Sektorunu Şəmkir rayonun Heydər Əliyev prospektində yerləşən, bir zamanlar ölkənin ən nəhəng holdinqlərindən olmuş, hazırda müflis olunmuş Ata Holdinqin binasına köçürməyə çalışır. İşin maraqlı tərəfi də indi başlayır. Qüdrət Əliyev özünə rahatlıq yaratmaq üçün, öz "məxfi" işlərini yüksək rahatlıq şəraitində görməyə can ataraq, tabeliyində olan işçilərdən pul yığmaqla, Fazil Məmmədovun binasını təmir etdirməyə çalışır. İşçilər isə cavabında narazılığı bildirəndə kobud və tərbiyəsiz sözlərlə təhqir etməyə cəhd edir. Bu işlərə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin və Qazax Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev nə deyəcəyini zaman göstərəcək".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt