Əsas Səhifə > Gündəm, Manşet > VASİF XAN dərəbəyliyinin Sahil Tahirli qanunları
VASİF XAN dərəbəyliyinin Sahil Tahirli qanunları27-08-2022, 08:38 |
DİA.AZ: - Naxçıvan MR-in rəsmi televiziya kanalı NTV-dən redaksiyamıza şikayət məktubu daxil olub. Bu barədə DİA.AZ bildirir ki, şikayətçinin yazdığına görə, NTV-də Azərbaycanın yox, TV-nin rəhbəri Sahil Tahirlinin qanunları keçir. S.Tahirli qanununa əsasən, NTV işçiləri əmək məzuniyyəti 1 ay yox, 15 gündür. İşçi məzuniyyətə çıxdıqdan 15 gün sonra işə qayıtmalı və qalan yarım ayı isə müftə işləməlidir. DİA.AZ bildirir ki məlumatı paylaşan tanınmış jurnalist Heydər Oğuz aşağıdakıları vurğulayır: "Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci Maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Məzuniyyət haqqı isə orta əmək haqqının müəyyənləşdirilməsi yolu ilə ortaya çıxarılır. Yəni işçinin 12 ay ərzində aldığı məvacib toplanıb 12-yə bölünür. Daha sonra əldə olunan məbləğ 30.4-ə bölünərək işçinin 1 günlük əmək haqqı müəyyənləşdirilir. Ardınca həmin məbləğ işçinin məzuniyyətdə keçirdiyi günə vurulur. Üstəlik, işçilərə ödənişli məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. NTV-dən redaksiyamıza daxil olan şikayət məktubundan isə belə anlaşılır ki, Sahil Tahirli qanunvericiliyində işçilərə 15 təqdim günündən çox məzuniyyət verilmir. İşçinin 15 günlük müftə işlədilməsi isə heç Afrikanın cəngəllik qanunlarında da yolverilməz hal hesab olunur. Bu kimi hallar ancaq və ancaq Vasif “xan” dərəbəyliyində baş verə bilər. Çünki bu diyar hələ də quldarlıq quruluşundan xilas ola bilməyib. Xan həzrətlərinin Naxçıvanın yaşının hər yüz qram arağa 100 yaş-100 yaş artıra-artıra 5000 ilə çıxarmaq istəyi də görünür, quldarlıq dövrünə qayıtmaq niyyətindən irəli gəlir". Geri qayıt |