Əsas Səhifə > Gündəm, Manşet > Oğuz meşələrinin QƏSDİNƏ DURAN KİMDİR?

Oğuz meşələrinin QƏSDİNƏ DURAN KİMDİR?


5-09-2022, 16:03
Oğuz meşələrinin QƏSDİNƏ DURAN KİMDİR?
Oğuz meşələrində ağaclar kütləvi "soyqırıma" məruz qalır.
Mənbənin verdiyi məlumata görə, 50-60 sm ölçülərində olan müxtəlif cinsli ağaclar kəsilərək mebel sexləri və kustar üsulla kömür hazırlayan kömürçülərə satılır.
Meşə quldurları izi itirmək üçün kəsdikləri ağacların bir neçəsinin köklərini yerdən çıxardıb.
Aldığımız məlumatlarda qeyd olunur ki, bu işin başında Ekologiya Nazirinin müavini Vüqar Kərimovla Meşələrin İnkişafı Xidmətinin rəisi olan Xalıqverdi Hüseynov durur. Və meşələrdə olan cinayətlərə başçılıq edən əsas bu iki nəfərdir.

Qırıntı olan ərazinin koordinatıarı:
X-707262, Y-4551241.

Qarşı tərəfin mövqeyini işığlandırmağa hazırıq.
//azinfo.tv//


Geri qayıt