Əsas Səhifə > Gündəm, Manşet > İsmayıl Hüseynovun təyinatı Şahin Bağırova olan inamı azaldıb
İsmayıl Hüseynovun təyinatı Şahin Bağırova olan inamı azaldıb6-09-2022, 09:21 |
DİA.AZ: - Məlumat verərək bildirdik ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin əvəzləyicisi Şahin Bağırov yeni kadr islahatına imza atıb. Şahin Bağılrovun əmri ilə İsmayıl Xəlil oğlu Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olundu. Qeyd edək ki, İ.X.Hüseynov buna qədər DGK sədrinin birinic müavini postunu tuturdu. DİA.AZ bildirir ki, ilk baxışdan bu təyinatda elə də fərqli bir məsələ nəzərə çarpmır. Amma DGK-dakı mənbələr elə əvvəlindən qeyd etdilər ki, Şahin Bağırov Bakı gömrüyünü keçmiş DGK sədri Səfər Mehdiyevin "qara kassası"na, yəni çirkli işlərini görən birisinə həvalə edib. Bu isə o demək idi ki, İsmayıl Hüseynov bundan sonra Şahin Bağırov üçün işləyəcək... Təbi ki, KÖHNƏ QAYDA İLƏ... Çünki İsmayıl Hüseynovun bundan sonra nə üsul dəyişdirməyə vaxtı var, nə də qabiliyyəti... İsmayıl Xəlil oğlu Hüseynov DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, İsmayıl Hüseynovun Bakı gömrüyünə gətirilməsi heç də "yuxarılar" tərəfindən tam olaraq müsbət qarşılanmayıb. Mənbəninn dia-az.life-a söylədikləri: "Ona görə də Şahin Bağırov Hüseynovun təyinatına müvəqqəti baxır. Əslində Şahin Bağırovun özünün təyinatı da müvəqqətidir. Ona görə də hadisələrin bundan sonra necə cərəyan edəcəyini gözləmək lazımdır. Fakt odur ki, artıq Şahin Bağırov "yuxarılar"ın ilk mənfi qiymətləndirməsini ala bilib. Bu isə mühüm faktordur..." Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. Məsələ ilə əlaqədar dia-az.life olaraü bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |