Əsas Səhifə > Gündəm, Manşet > "Bizim ailənin rüşvət verməyə maddi imkanı olmadığı üçün..."
"Bizim ailənin rüşvət verməyə maddi imkanı olmadığı üçün..."9-09-2022, 08:55 |
DİA.AZ: - Göyçay rayon Müskürlü kənd sakini Əliyeva Qənimət Valeh qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, həyat yoldaşım Əliyev Firdovsi Valik oğlu 2020-ci ilin aprel ayı tarixdən özünüməşğulluq proqramına qoşulub. Özüm isə işsiz kimi 2019-cu il tarixdən Məşğulluq Mərkəzində qeydiyyatda olsamda indiyə qədər işlə təmin olunmamışam. Xırdabuynuzlu heyvan verilməsi üçün həyat yoldaşım Əliyev Firdovsi Valik oğlunu 18 aprel 2020-ci il tarixdə özünüməşğulluq proqramına qeydiyata alıblar.Həyətimizə tövləmizə və torpaq sahəmizə baxış keçirilib.Ancaq 2 il 6 aydan çoxdur ki, aktivlə təmin olunmayıb.Hansı ki, həyat yoldaşımdan sonra özünüməşğulluq proqramına qoşulan adamlar tanıyıram ki, onlara xırda buynuzlu heyvanlar verilib.Çünki onlar rüşvət veriblər.Bizim ailənin rüşvət verməyə maddi imkanı olmadığı üçün süründürməçiliyə məruz qalmışıq. Bu bizim qarşı edilən açıq-aşkar qanunsuzluqdur.ailəmizdə heç kəs işləmir himayəmdə azyaşlı uşağım var.Həyətimizdə xırda və iri buynuzlu heyvanlar saxlanılması üçün rahat tövləmiz var. Otlaq üçün münbit torpaq sahəmiz var.Özümüz isə xırda və iri buynuzlu heyvana əvvəllər baxmışıq. Ancaq çox təssüf olsun ki, heç bir qanunu əsas olmadan 2 il 6 aydan çoxdur ki, bizi süründürməçiliyə məruz qoyublar.Göyçayda iş yeri və özünüməşğulluq proqramının aktivləri pulla satılır.Rüşvətxor vəzifəli şəxslərin cinayət əməllərinə görə ailəmiz aclıq içində yaşayır. Qeyd edək ki, heç bir yerdə işləmirik həyətyanı sahəmizdə standarta uyğun səliqəli tövləmiz, münbit torpaq sahəmiz var, iri və xırda buynuzlu heyvanımız yoxdur. Ailəmizdə heç kəs işləmir buna görə çox əziyyət çəkirik. Bu səbəbdən ailəmiz yoxsulluq içində acınacaqlı şəraitdə yaşayır. Məqsədimiz veriləcək xırda buynuzlu heyvanlara baxıb bəsləyib gəlir əldə edib ailəmizi dolandırmaqdır.Ancaq arzumuzu istəyimizi məşğulluq mərkəzi gözümüzdə qoyub. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən , Mehriban xanım Əliyevadan , Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən və Dövlət Məşğulluq Xidməti İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyliyə xahiş edirəm həyat yoldaşım Əliyev Firdovsi Valik oğğlunun özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin olunmasına köməklik göstərəsiniz bizii süründürməçiliyə məruz qoymuş vəzifəli şəxsləri cəzalandırasınız..." Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |