Əsas Səhifə > Gündəm, Manşet > Nazirimiz KİMİ ƏLƏ SALIR?
Nazirimiz KİMİ ƏLƏ SALIR?14-10-2022, 09:12 |
DİA.AZ: - Deyəsən, millətə quzu əti yeməməyi məsləhət görüb ətin bahalaşmasını əsaslandırmağa çalışan, ölkədə firavan həyatın varlığını sübutlamaq üçün vətəndaşın evindəki məişət texnikalarını nümunə kimi göstərən deputatlarımızın QAFA TƏRZİNƏ nazirlərimiz də ayaq uydurmağa başlayıb. DİA.AZ bildirir ki, hər halda, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun son paylaşımını başqa cür qəbul etmək olmaz... Göründüyü kimi, Qırğızıstanın səfər etdiyi 61-ci ölkə olduğunu qeyd edərək, kimin nə qədər ölkədə olduğunu soruşurmuş kimi sosial-sorğu keçirən nazirimiz də yəqin ölkə əhalisinin böyük əksəriyyətinin nəinki Biləcəridən o yana getməməsindən, hətta evinin qapısından çıxa bilməsi üçün cibində pulunun olmamasından xəbərsizdir. Hər halda, bunun başqa adı yoxdur... Qeyd edək ki, faktı diqqətə çatdıran tanınmış jurnalist Cavanşir Həsənli özü nazirin məzəsinə aşağıdakı şərhi verib: "Gənclər və idman nazirimiz Fərid Qayıbov bekarçılıqdan facebookda sorğu keçirir. Lütfən aktiv iştirak edin..." P.S..... Geri qayıt |