Əsas Səhifə > Gündəm, Manşet > Samux təhsilində `ÖLÜ CAN` MƏSƏLƏSİ...

Samux təhsilində `ÖLÜ CAN` MƏSƏLƏSİ...


15-10-2022, 09:02
Samux təhsilində `ÖLÜ CAN` MƏSƏLƏSİ...
Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovanın daha bir əməlinin üstü açılıb.

DİA.AZ-ın xəbərinə görə, 32gun.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, N.Həsənova hələ Samux rayon Təhsil Şöbəsinin müdiri olarkən “ölü canlar” metodundan istifadə edib.

Redaksiyaya daxil olan məlumatda iddia olunur ki, sabiq şöbə müdirinin “ölü canlar”ından biri də İsmayılova Məsmə Arzuman qızı adlı şəxsdir.

Sözügedən qadının adı son 4 il Samux rayon Təhsil Şöbəsində xadimə kimi göstərilib. Lakin həmin qadın 2 ildən çoxdur ki, ölkə xaricindədir, Fransada yaşayır.

Məsələnin üstü açıldıqda isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən 1 iyul 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Saytımıza verilən məlumatda bildirilir ki, Məsmə İsmayılova xaricdə yaşadığı halda onun adına olan müqavilələr saxta yolla keçmiş Samux rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən Nurlana Həsənovanın göstərişi ilə hazırlanıb, imzalanıb.

İddiaya görə, həmin qadının adına olan əmək haqqı kartı da məhz Nurlana Həsənovada olub.

Xatırladaq ki, bir müddət öncə indiki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovaya məxsus qoyun-quzular Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbin həyətində otarılması barədə məluma vermişdik.

Samux təhsilində `ÖLÜ CAN` MƏSƏLƏSİ...

Geri qayıt