Əsas Səhifə > Gündəm, Manşet > Məhkəmə hüquq sistemində yeni mərhələ başlaya bilər

Məhkəmə hüquq sistemində yeni mərhələ başlaya bilər


24-10-2022, 09:29
Məhkəmə hüquq sistemində yeni mərhələ başlaya bilər
Yaxin zamanlarda Azərbaycanın məhkəmə-hüquq sistemində yeni mərhələ başlaya bilər.

DİA.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən verilən xəbərdə deyilir.

Xəbərə görə, ölkə vətəndaşlarının məhkəmə-hüquq sisteminə ictimai etimadını itirən üç əsas şəxs – Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev öz postlarından kənarlaşdırılacaq.

Sirr deyil ki, Azərbaycanın beynəlxalq imicinin zədələnməsndə adıçəkilən şəxslərin rolu böyük olub.

Azərbaycan hökuməti məhz insan hüquqlarının vəziyyətinə görə beynəlxalq qınaqla üzləşir.

Görünür, bu məsələdə əsas məsul olan bu şəxsləri kənarlaşdırmaqla -hökumət yeni mərhələ başlatmaq niyyətindədir.

Bu şəxslərdən yalnız Fikrət Məmmədovun Prezident Administrasiyasında kiçik vəzifə ilə təyin olunacağı deyilir.

Son iki ildə korrupsiya ilə mübarizə başlasa da bu, məhkəmə-hüquq sistemindən yan keçib.

Geri qayıt