Əsas Səhifə > Gündəm, Manşet > “Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var

“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var


12-11-2022, 10:32
“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi ilə “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061) arasında 9-cu siniflər üçün "Zəfər tarixi" dərs vəsaitinin çap olunması ilə bağlı müqavilə bağlanıb. Müqaviləyə əsasən Nazirlik 112 səhifədən ibarət olacaq 154 min 980 ədəd kitab üçün MMC-yə 216 min 916 manat 20 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, bir ədəd kitabın çapı üçün 1 manat 69 qəpik vəsait xərclənəcək.

“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün "Zəfər tarixi" dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması”na dair tender keçirib.
Tender Komissiyasının qərarına əsasən qalib “Çaşıoğlu Elm-İstehsalat” MMC olub və həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
Məlumat üçün bildirək ki, 3 min 980 manat nizamnamə kapitalı olan “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur. Şirkət 26 sentyabr 1995-ci ildə dövlət qeydiyyatına alınıb.

“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var

Qeyd edək ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin ötən günə olan tarixə görə 939 min 398 manat 39 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.


Geri qayıt