Əsas Səhifə > Gündəm, Manşet > Yaxşı bəs bu medalları Rza Talıbova KİM VERİB?
Yaxşı bəs bu medalları Rza Talıbova KİM VERİB?1-12-2022, 08:48 |
DİA.AZ: - Bu gün Naxçıvanda baş verən islahatlar, araşdırmalar və ən əsası yenilənmələr bir çox qaranlıq mətləblərin üzə çıxmasına səbəb olub və bundan sonra daha da ilginc, dünənə qədər sirli tutlan faktların ictimailəşməsi gözləniləndir. DİA.AZ bildirir ki, artıq bunun ilkin işartıları da görünməkdədir. Dünənə qədər Vasif Xanın qüdrətindən ehtiyatlananlar bu gün DTX-nin hələ ilk "sillələrindən" ürəklənərək danışmağa başlayıblar. Dərdlərini danışanlar isə Naxçıvanda bu vaxta qədər gizlədilən eybəcərliklərin ifşasına gətirib çıxarır. Bütün bunlar çox gözəldir. Amma aydın olanı odur ki, Naxçıvanda belə bir eybəcər mühitin formalaşmasına Bakıdan da dəstək verənlər olub. Hər halda Vasif Talıbov və onu sülaləsi hardansa "QİDALANMALI", dəstək almalı idi. DİA.AZ-ın aşağıda təqdim edəcəyi fakt da sübutlayır ki, Vasif Talıbov və onun sülaləsi bu günə qədər alqışlanıb. O da Bakıdan gələn BU ALQIŞA görə ayağını daha da gen atıb... Nəticəsi də göz önündədir. DİA.AZ olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun medallarının siyahısını təqdim edirik. Bu siyahıdan aşkar şəkildə aydın olur ki, Bakıda oturanlar Vasif Talıbovun zülmlərini hər dəfəsində təqdir ediblər. Belə olmasaydı, bu medallar nə idi. Beləliklə Rza Talbıova verilən medalların siyahısı: 19 mart 2018-ci il tarixində Dövlət Sərhəd Xidməti rəisinin 079 nömrəli əmri ilə "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı; 12 may 2018-ci il tarixində Müdafiə nazirinin 048-t nömrəli əmri ilə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalı; 29 iyun 2018-ci il tarixində Daxili İşlər nazirinin Ə535 nömrəli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı; 16 iyul 2018-ci il tarixində Müdafiə nazirinin 0228-t nömrəli əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı; 9 iyul 2019-cu il tarixində Xarici İşlər nazirinin S/01–19 nömrəli əmri ilə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı; 21 dekabr 2019-cu il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 287 ş/h nömrəli əmri ilə "Hərbi Vətənpərvərlik Tərbiyəsində Xidmətlərə görə" Azərbaycan Respublikasının medalı; 17 mart 2020-ci il tarixində Dövlət Miqrasiya Xidməti rəisinin 94 nömrəli əmri ilə "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı. Hər halda, bu medalları biz verməmişik... Geri qayıt |