Əsas Səhifə > Gündəm, Manşet > Qazinin üz-üzə qaldığı Covid-19 KORRUPSİYASI...

Qazinin üz-üzə qaldığı Covid-19 KORRUPSİYASI...


8-12-2022, 08:18
Qazinin üz-üzə qaldığı Covid-19 KORRUPSİYASI...
DİA.AZ: - "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xaricdə müalicəyə gedən 1-ci dərəcəli Qarabağ qazisi
ailəsindən zorla ödəniş almasından mətbuat yazandan sonra Agentlik bir əndrabadi açıqlama yaydı
ki, YAŞAT fondu belə getdi, xidmətlər zərfi elə getdi, qazi ailəsindən zorla alınan uçuş haqqı elə -belə getdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Qazinin üz-üzə qaldığı Covid-19 KORRUPSİYASI...

Məqalədə daha sonra bildirilir: "Sən demə, adi bir test 40 manata başa gəlirmiş və bu haqqı ödəməsən, uçuşdan, təbii ki,
müalicəyə getməkdən məhrum olursan; Qarabağ qazilərinin, əlillərin heç bir güzəşt hüququ yoxdur ,
test haqqı ödənişsiz xidmətlər zərfinə daxil edilməyib! Bu açıqlamanı tibb sahəsinə, əhalinin
sağlamlığının qorunmasına birbaşa aidliyi olmayan hansısa qurum yaysaydı, zorla da olsa, nəsə
anlamaq olardı. Qarabağ qazisinin müalicəyə getməsini təmin etmək olan İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin müalicəyə test haqqı ilə qadağa qoymasına necə haqq qazandırmaq olar?
Bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyindəki TƏBİB ( Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi) Nazirlər Kabinetindən daxil olan müraciətə cavab olaraq bildirib ki, əlillərdən
uçuşdan bir gün əvvəl alınan haqq Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət
Mərkəzinin bank hesabına keçirilib. Bu cavabla TƏBİB zorla tutduğu haqqın ölkənin baş həkiminə -
səhiyyə nazirinə çatdığına eyham vurur? Haqqı zorla alan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
tabeliyindəki TƏBİB-dir, hansı hesab vasitəsilə almasının bura nə aidliyi var? Eyni zamanda testi
həyata keçirən də TƏBİB -in özüdür, buna görə xidmət haqqı alan da. Sadəcə, hesab nömrəsi Səhiyyə
Nazirliyinin bank hesabındadır. Bu isə o deməkdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
tabeliyindəki TƏBİB 1-ci dərəcəli Qarabağ qazisinə güzəşt edib, xidmət haqqı almaya bilər , Səhiyyə
Nazirliyinin bank hesabı bundan “inciməz”. Belə dolaşıq hesablaşma korrupsiyadan soraq vermir ki?
Dələduzluq hallarının , adətən, “trol hesabları” ilə qeydə alındığını nəzərə alanda, İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin , tabeliyindəki TƏBİB-in Səhiyyə Nazirliyini “trol” kimi qullandığını iddia
etmək olar. İstənilən halda, “güc doğana düşür” , bunu Səhiyyə Nazirliyi də, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, tabeliyindəki TƏBİB də gözəl bilir.
İstənilən halda, əlillərdən inhisarçı hökmranlığından yararlanmaqla zorla aldığı pulu İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi, tabeliyindəki TƏBİB qaytarmağa borcludur. Pul Səhiyyə Nazirliyinin
hesabına alınsa da, MƏHKƏMƏ hesabına geri qayıdacaq".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt