Əsas Səhifə > Gündəm, Manşet > "Balaxanı Oil"də NEFT BURUĞUNU PLANA SALAN MƏMUR KİMDİR?
"Balaxanı Oil"də NEFT BURUĞUNU PLANA SALAN MƏMUR KİMDİR?21-12-2022, 08:36 |
DİA.AZ: - "Müvafiq qurumlar tərəfindən araşdırılmasına ehtiyac duyulur". DİA.AZ bildirir ki, bu çağırışın müəllifi olan vətəndaşlar gərəkən dövlət təşkilatlarını "Balaxanı Oil" Əməliyyat Şirkətində, daha dəqiqi bu şirkaətə aid ərazidə baş verən özbaşınalıqlara diqqət çəkmək üçün fotoları da təqdim ediblər. Narazı vətəndaşlar dia-az.life-a müraciətlərində qeyd edirlər ki, şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib: "Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir. 2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb. Ərazidə həm işlək ,həm də bağlı neft quyuları var,yaşayış üçün risqlidir. Bununla bərabər risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri qanuni hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində(əlavə etməmişəm) ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsə aid olduğu bildirilir". Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub .Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub. Hər halda, bu iddiaların ciddi araşdırılmasına ehtiyac var.... İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |