Əsas Səhifə > Gündəm, Manşet > Oğuzda nübarlıq da olsa MEŞƏ QALMADI, CƏNAB NAZİR...

Oğuzda nübarlıq da olsa MEŞƏ QALMADI, CƏNAB NAZİR...


26-12-2022, 08:27
Oğuzda nübarlıq da olsa MEŞƏ QALMADI, CƏNAB NAZİR...
DİA.AZ: - Oğuz rayonun Tayıflı kənd sakinlərinin- ağsaqqallarından Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu, Xəlilov İlham Nəcməddin oğlu və digərləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Ali Baş Komandan! Biz Oğuz rayon Tayıflı kənd sakinləri və ağsaqqalları böyük bir gözlənti ilə sizə müraciət edir və xahiş edirik ki, kəndimizin meşəsindəki iri və sağlam ağacların kütləvi surətdə qanusuz kəsilərək taxta sexlərinə daşınmasının qarşısını alasınız. Məsələn, mən aösaqqal Tapdıq Şirinov düz 27 il bu meşələrin qorunması üçün can qoymuşam. Qoruduğum meşədən olub ki, tək-tük balta ilə ağac kəsilərdi. Amma bizim dövrümüzdə yerli insanlar özləri meşələrimizi qoruyurdular. Bu kəndlərin meşələrinin qorunmasına Ağdaşlı Ramil adlı müdir gələndən sonra Oğuz torpağında ekologiyadan əsər əlamət demək olar ki, qalmayıb. Mən bu yaşıma çatmışam,amma meşələrin kütləvi bütün ağaclarını ucdantutma qırılmasının şahidi olmamışam. Adam dəhşətə gəlir.
Biz sakinlər meşələrimizi delimka adı altında ən sağlam və yekə ağalarının drujba alətilə qırdırılmasının təşkilatçılarının kim olduğunu da bilirik. Bizim uçastka müdirimiz Elmdar Mahmudov özü Laçın rayonundandır. Hazırda Oğuzda özünə 4-cü evini tikib qurtarmaq üzrədir. 4 göz mercedes avtomobili vardı. 5 gün əvvəl ikinci amerika istehsalı olan bahalı qara CİP maşını da aldı. Çayxanalarda da ona meşələrlə bağlı etrizazımızı bildirəndə deyir ki, Bəhruz ölməyib ki, problem olan kimi bir zəng edirəm nazirliyə, Bəhruz o dəqiqə Bakıdan gələn yoxlamaların qarşısını alır. Biz onu da öyrəndik ki, ekologiya nazirliyində işləyən Bəhruz da Laçın rayonundandır və Elmdarın qohumudur. Elmdarın qardaşı da o biri kənddə meşəbəyi işləyir. Əmisi oğlu da, İsman adlı şoferin 52BH 758 nömrəli URAL yük maşını ilə gecə-gündüz meşələrdən sağlam ağacları 4 m, 2 m doğradıb yükləyib həm özünün, həm də digər taxta sexlərinə daşıyıb satmaqla məşğuldur. Digər meşə nəzarət işçisi Arzu da qırılan sağlam ağacların hər birini 15 manat cərimə aktı yazmaqla saxtakarlıq edir. Müdir Ramil də onlara nə qədər əlində drujba ağackən işçiləri göndərir ki, hər gün böyük bir meşəyə 35-40 nəfəri göndərir ki, ağacları dayanmadan kəsib töksünlər. Kiçik meşəyə isə 14-15 nəfər kəsici işçi göndərir. Ona görə də meşələrdə yaxın aylarda bir dənə də olsun ağac qalmayacaq. Elmdarın dediyinə görə Bəhruz Nazirlikdə Ekologiya idarəsinin rəhbəridir və onun himayəsi altında Nazirlikdən bizim şikayətlərimiz əsasında göndərilən komissiyaları zəng edib işiniz olmasın tapşırığı verir. Amma hər şey göz qabağındadır. Düzdür, çoxaylı cinayətlərin sayını azaltmaq üçün kəsdikləri sağlam ağaclara Elmdar əlindəki çəkiclə möhür vurub damqalayır. Guya kəsilən ağac xəstə və ya quruyan ağac imiş. Belə ağacları niyə taxta sexlərinə aparıb alma, pomidor, karalyuk yığmaq üçün taxta yeşiklər düzəldirlər. Biz Tayıflı meşəsinin meşəbəyisi olan Seyfəlidən bu kütləvi ağcların kəsilib daşınmasına qarşı tədbir görməsini soruşduq. Dedi mənlik deyil. Qəbələdə yerləşən regional idarənin müdiri göstəriş verir, heç məndən soruşmadan meşəyə girib kəsib daşıyırlar. Delimka edirlər. ( meşəbəyinin etiraf videosu əlavə edilir.) Meşəbəyi Seyfəli deyir ki, hər gün daşınan ağaclara görə ona heçnə vermirlər. O yalnız maaşa qulluq edir. Biz yerli camaat belə nəticəyə gəlirik ki, Nazirlikdə oturan Ekologiyanın müdüri Bəhruzun himayədarlığı ilə onun Oğuzda yaşayan və vəzifəyə qoyduğu qohumları Elmdar , qardaşı və şofer İsman Ramil müdirin göstərişi əsasında meşələrimizi kütləvi hətta gecələr də İsmanın URALı dayanmadan ağac daşıyır. ( video əlavə edilir) Qazandıqları pulları da bölüb mənimsəyirlər.
Meşələrimizin Ekologiya Nazirliyinin rəsmi işçiləri tərəfindən tamamilə məhv edilməsinin qarşısının alınması üçün cənab Ali Baş Komandana müraciət edir və xahiş edirik ki, meşələrimizdə davam edən qanunsuz kəsintilərin qarşısının alınması üçün Bəhruza görə Ekologiya Nazirliyinin yox, digər nazirliklərin - DTX, DİN-nin Bandotdelindən, Baş Prokurorluqdan komissiya gəlib meşələrimizi bizim iştirakımızla yoxlasınlar və sənədləşdirsinlər. Belə davam edə bilməz. Bu vəhşilkdir.Dayandırmaq lazımdır. Yoxsa meşə quldurları ekologiyamızın axırına çıxacaqlar".

Qeyd edək ki, şikayətçilər sübut olaraq foto və videofaktları da təqdim ediblər. Fotolarını nəzərinizə çatdırırıq və gərəkən qurumları maraqlandırsa, video dəlilləri də təqdim etməyə hazırıq...

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oğuzda nübarlıq da olsa MEŞƏ QALMADI, CƏNAB NAZİR...
Oğuzda nübarlıq da olsa MEŞƏ QALMADI, CƏNAB NAZİR...

Geri qayıt