Əsas Səhifə > Gündəm, Manşet > 7 dağ aşdı... 7 çay keçdi... AMMA ƏLİLLİK DƏRƏCƏSİ ALA BİLMƏDİ
7 dağ aşdı... 7 çay keçdi... AMMA ƏLİLLİK DƏRƏCƏSİ ALA BİLMƏDİ27-12-2022, 08:26 |
DİA.AZ: - Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "2006-cı ildə xəstəliklə əlaqədar 15 il işlədiyim polis sıralarından xaric olunmuşam. Həmin vaxtdan ikinci qrup əlil kimi pensiya alıram. Beş il tamam olduğuna görə yenidən əlilliyimin bərpası üçün TSEK-ə rəsmləşdirilən göndərişlərə imtina verilir. Əvvəlki imtinaların səbəbi kimidə göndərişin natamam doldurulması göstərilirdi. Sonuncu imtinaların səbəbi kimi natamam doldurulma göstərilsədə “Həkimin rəyi: Xəstənin əsas diaqnozu ağırlaşması əlillik dərəcəsinin təyinində reyester məlumatı aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır” yazılıb. Verilmiş bu əsasız imtinalara görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin şəxsən qəbulunda olmuşam. Mənim Əlilliyimin obyektiv müəyən olunması üçün Zaur Əliyevdən köməklik etməsini şəxsən xahiş etmişəm. Zaur Əliyevin ciddi tapşırığından sonra məni Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində müayinə olundum və həmin dispanser tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndəriş rəsmləşdirildi. Lakin bir neçə gündən sonra məlum oldu ki, imtina verilib və səbəb kimidə göstərilib ki, “İxtisaslı həkim müyinəsinə və müalicəsinə ehtiyac olması”. Mən Göyçay Rayon Mərkəzi Xəstəxanasından yenidən göndəriş alaraq Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən bir saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra 21 gündə stasionar müalicə almışam. Bundan sonra Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanseri tərəfindən mənə yenidən forma 88 tərtib olunaraq göndəriş rəsmləşdirilib. Lakin yenədə imtina verildi. Bu dəfədə imtinada “Aktiv sürücülük vəsiqəsinin olması göstərilib. Bundan sonra Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri dispanserinin baş həkimi tərəfindən rəsmi qaydada sürücülük vəsiqəsinin ləğv olunması üçün Yevlax şəhərində yerləşən Yevlax RQİ və TBŞ-nin rəisi polis polkovnik-leytenantı Cavanşir Vəliyevə rəsmi qaydada məktub göndərdi. 28.11.2-22-ci il tarixində Yevlax RQİ və TBŞ-nin rəisi tərəfindən rəsmi qaydada Mingəçevir Ruhi-Əsəb Dispanserinin baş həkimi Şəmsinur Hüseynovaya cavab verilib. Həmin məktubuda bu ərizəmə əlavə edərim. Bu məktubda göstərilib ki, “Göyçay rayon Potu kəndində yaşayan Səlimov Ağalar İlyas oğlu barəsində 24.11.2022-ci il tarixli 691 nömrəli məktubunuzda göstərilmiş məlumatlar nəzərə alınaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin V hissəsinin 3-cü bəndinin tələbinə əsasən Ağalar Səlimovun xəstəliyi müalicə olunanadək və ya fiziki qüsurları aradan qaldılıanadək onun sürücülük vəsiqəsi yararsız hesab olunmuşdur və bununla bağlı DİN-in Baş dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır.” 30 noyabr 2022-ci il tarixində əlilliyin müəyyən olunması üçün rəsmləşdirilən göndərişə yenidən imtina verilib və imtinada yenədə aktiv sürücülük vəsiqəsinin olması göstərilib. Əlilliyin müəyyən olunması üçün rəsmləşdirilmiş göndərişə “Aktiv sürücülük vəsiqəsinin olması” səbəbi ilə imtina verən həkimlərin verdiyi qərar qanunsuz və əsasızdır. Eyni zamanda bu qərarı verən həkimlər qanunla cinayət məsuliyyəti daşıyırlar. Ona görə ki, onların verdiyi bu qərarla dövlət orqanının adından istifadə edərək saxtakarlıq edirlər. Mənim sürücülük vəsiqəm ləğv edilib və bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat edildiyi halda aktiv sürücülük vəsiqəsinin olması məlumatını TSEK-in həkimlər hardan alırlar?. 15 illik polis orqanlarında işlədiyim staj, 3 il texnikom oxumuşam və bu xəstəliyimə görə stajımıda, diplomumuda əlimdən aldılar. Özümüdə işdən azad ediblər. Deyirlər ki, «xəstəsən, işləməyə yaramırsan». Ona görədə sağlamlıq haqqında arayış vermədilər. Bir sürücülük vəsiqəm qalmışdı onuda ləğv etdilər. Özümdə əsəb xəstəsi və yüksək şəkəri diabeti olan adamam. Bilmirəm nə edim. İynə dərman almağada pulum yoxdur. Dövlətin mənə verdiyi bir şəxsiyyət vəsiqəsi qalıb. Diplom yararsız, staj yararsız, sürücülük vəsiqəsi yararsız, hərbi biletim yaşım keçib. Oda nəyəsə yaramır. Qalıb tək şəxsiyyət vəsiqəm. Əlilliyimdə təyin olunmur. Müxtəlif bəhanələr. Baxarıq, görərik, o qalıb, bu qalıb. Düz iki ilə yaxındır borcla yaşayıram. Aldığım iynə dərmanlar borca götürürəm. Artıq borca görə apteklərdə mənə iynə, dərman vermir Hörmətli cənab Prezident, mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və saxta sənəd əsasında vəzifələrindən sui-istifadə edən TSEK-in həkimləri barəsində ciddi tədbir görülməsinə və əlilliyin təyin olunması üçün rəsmləşdirilmiş forma 88-ə obyektiv qərar verilməsinə köməklik edəsiniz". Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |