Əsas Səhifə > Gündəm, Manşet > Respubilka Dəri-Zöhrəvi Mərkəzinin köçürülmə ehtimalı var
Respubilka Dəri-Zöhrəvi Mərkəzinin köçürülmə ehtimalı var4-02-2023, 08:57 |
DİA.AZ: - "Xəbər verdiyimiz kimi son 2 ildə Respubilka Dəri-Zöhrəvi Mərkəzinin həkimlərinin işdən çıxarılması,narazı salınması və bunun müqabilində peşəkar həkimlərin Mərkəzi tərk etmələrinə dair xəbər vermişdik". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Hazırda Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalov tərəfindən operator vəzifəsində çalışan Nərmin Qəzənfərova şikayətçidir.Onun şikayət etmədiyi dövlət orqanı qalmayıb.Hələ ki,bu istiqamətdə şikayətçi müsbət irəliləyişə nail olmayıb. TƏBİB-də Dəri-Zöhrəvi Mərkəzində baş verənləri,orada olan maliyyə pozuntularını,öz yanından ştat vahidlərinə işə götürülən şəxsləri və Mərkəzin aptekində baş verənləri araşdırmaq istəmir.Hər dəfə edilən şikayətlərdən aparılan yoxlamalar baş həkimin maraqlarına uyğun yekunaşır.Ona görə də,artıq Nərmin Qəzənfərovanın mərkəzdə baş verənlərlə bağlı mətbuat konfransı keçirəcəyinə dair xəbərlər dolaşır. Məlumatlardan o da aydın olur ki,Muşviq Zeynalovun hər addımından həkimlər narazıdır.Sadəcə digər həkimlər nəyinsə xətirinə hələki danışmırlar.Bu mənada bildirilir ki, Respubilka Dəri-Zöhrəvi Mərkəzində bir neçə boş otaqların olmasına baxmayaraq,baş həkim həmin otaqları həkimlərə vermək istəmir.Bir sıra həkimlər bir otaqda 6-7 nəfər olmaqla yerləşiblər.Bu da xəstə qəbulu zamanı çətin vəziyyət yaradır,ağız deyəni qulaq eşitmir. Bu arada o da bildirilir ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzinə bitişik əqli qüsurlu uşaqlar üçün internat köçürüləcək,bu amil mərkəzin də bir neçə istiqamətə köçürüləcəyi ehtimalını artırır.Ərazidə hündürmərtəbəli binanın tikiləcəyi bildirilir". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |