Əsas Səhifə > Gündəm, Manşet > Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN!
Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN!9-03-2023, 08:40 |
DİA.AZ: - "Şikayətim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeyri-rəsmi çalışan rezident Ağa Mirməhəmməd Mirhaşım oğlundandır. 16.12.2022-ci il, 21:30 radələrində yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirmiş elə həmin gün Travmatologiya İnstitutuna müraciət etmişdir. İlkin baxış və rentgen müayinələrindən sonra özünü həkim kimi təqdim edən Ağa Mirməhəmməd rentgen nəticələrini düzgün oxuya bilməmiş və yoldaşımı arxayın edərək heç bir sınıq olmadığını, əzilmə və sıyrıq olduğunu demiş, xəstəni evə yola salmışdır". DİA.AZ bildirir ki, bu sözlər şikayətçi Gülyaz Əbilova-Heydərovanın müraciətində yer alıb. Narazı vətəndaş daha sonra bildirir: "Bir neçə gün sonra ayağın göyərdiyini və şişdiyini gördüyümüz üçün yenidən Travmatologiya İnstitutuna müraciət etmişik. Bu dəfə bir digər həkim travmatoloq 16.12.2022-ci ildə çəkilmiş elə həmin rentgen nəticələrinə baxaraq ayağın topuq nahiyəsində sınıq olduğunu aşkar etmiş. Təkrar KT müayinəsi etdirmiş və sınıq olduğunu tam dəqiqliklə təsdiqləmişdir. (Eyni zamanda tam əmin olmaq üçün özəl klinikalardan birinə də müraciət etmişik) Sınıq ilk gün Ağa Mirməhəmməd tərəfindən aşkarlanmadığı və dəqiq diaqnoz qoyulmadığı üçün sınıq yerdəyişmiş və nəticədə yoldaşım Ceyhun Heydərov 30.12.2022-ci ildə əməliyyat keçirmişdir. Əməliyyatdan bir neçə gün sonra Ceyhun Heydərov çox sakit və təmkinli bir şəkildə həmin şəxslə əlaqə saxlayıb, etdiyi səhvin nəticələrini özünə bildirmək istəyərkən şəxs-Ağa Mirməhəmməd Mirhaşım oğlu həkim peşəsinə və insanlığa sığmayan ifadələr işlədərək xəstəni təhqir edir, hədələyir, videodan da gördüyünüz kimi kriminal avtoritet kimi danışır, xəstəni və yaxınlarını "görüş"ə dəvət edir. Zərərçəkmişə "Sənin əməliyyat olunmuş ayağını sındıraram (gerisini ifadə etməyə tərbiyəm yol vermir)" deyir. Ailə böyüklərimiz onunla əlaqə saxlamaq istəyərkən yenə eyni tərzdə hədə-qorxu gəlir, asıb-kəsməklə hədələyir. Qeyd edim ki, yoldaşım Tip 2 Diabet olduğunu üçün əməliyyat və sonrakı proses çox çətin və həyəcanlı keçdi. Əgər həmin gün doğru diaqnoz qoyulsa zərərçəkmiş əməliyyat olunmayacaqdı. Hələ də xəstə sağalmayıb. Bu insan isə etdiyi səhvi etiraf edib üzrxahlıq etməksəndə, küçə ifadələri işlədir. Bu şəxs hal-hazırda International Medical Center klinikasında travmatoloq-ortoped kimi çalışır. Diqqətli olun və tanıyın. Yazdığı tövsiyə vərəqəsində isə nə adını doğru qeyd edib nə də nömrəsi var. Qeyd edim ki, bu haqda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəhbərliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə yazılı şəkildə rəsmi müraciət etsək də hələ heç bir nəticə əldə edə bilməmişik". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |