Əsas Səhifə > Gündəm, Manşet > Geofizika və Geologiya İdarəsində AİLƏ PODRATI

Geofizika və Geologiya İdarəsində AİLƏ PODRATI


13-03-2023, 08:37
Geofizika və Geologiya İdarəsində AİLƏ PODRATI
DİA.AZ: - "Geofizika və Geologiya İdarəsindən açıqlanan faktı təqdim edirəm. Əgər yazılanlar həqiqəti əks etdirirsə, bu halda Korrupsiya haqqında Qanunun 7-ci maddəsi kobud şəkildə pozulur". DİA.AZ bildirir ki, bunu tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Daha sonra qanundan sitat gətirən hüquq-müdafiəçisi qeyd edir:

Maddə 7.Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər".

İndi isə keçək olayın mahiyyətinə DİA.AZ-ın məlumatına görə, M.Qəhrəmanlı işçilərdən birinin təqdim etdiyi məlumatlara söykənərək çox ciddi və müdaxilə zərurəti olan faktları təqdim edib. Hər halda gərəkən qurumların Geofizika və Geologiya İdarəsində nələrin baş verdiyini araşdırması zərurəti yaranır. Beləliklə, işçilərdən biri yazır:

"Salam hörmətli Mirvari xanım! Sizdən xahiş edirəm, Geofizika və Geologiya İdarəsində gedən özbaşınalıqların araşdırılmasına köməklik göstərəsiniz... Belə ki GGİ-də İdarə rəisi tərəfindən öz qohum-əqrəbası istənilən vəzifəyə keçirilib:
- Bacısı oğlu Elvin İsmayılov ekspedisiya rəisi,
- Orxan İsmayılov, digər bacisi oğlu Qravimetriyanın rəisi,
- Qardaşı Mübariz sınaq quyusunun rəisi,
- Qayni Elvin energetik
- Mövsümi fəhlələrdən əmisi oğlu Elburus xalası uşqları və digərləri...
hegemonluq edirlər.
Yerdəyişmələr isə imtahansız gedir, necə istəyirlər elə də edirlər..."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt