Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvan təhsilinin yoxlamaya qəribə reaksiyası...
Naxçıvan təhsilinin yoxlamaya qəribə reaksiyası...14-03-2023, 09:05 |
DİA.AZ: - Dünən məlumat verərək bildirdik ki, Fuad Nəcəflinin Naxçıvana rəhbər gətirilməsindən sonra şikayətlərin azalacağı, vəziyyətin xalqın xeyrinə dəyişəcəyi proqnozlaşdırılsa da, görünəni odur ki, vəziyyət daha da pisləşməkdədir. DİA.AZ bildirir ki, bu elə vətəndaş şikayətlərinin son zamanlar müşahidə olunan bolluğundan da anlaşılır. Görünür, bu məsələ "yuxarıların" da diqqətini cəlb edib. Hər halda ümid etdiyimiz odur... Naxçıvandan gələn informasiyalardan aydın olur ki, MR-in təhsil sistemi - ən çox şikayətlərin ünvanı olaraq təftiş olunur. Mənbə yazır: “Həftənin "gözü açılmamış" Naxçıvan (MR) Təhsil Nazirliyinə Bakıdan yoxlama gəlib. Nazirliyin bütün rəsmiləri əl-ayağa düşüb”. DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, yoxlamaya MR-nın təhsil rəhbərliyi qəribə şəkildə reaksiya verib. Bu barədə paylaşımında tanınmış jurnalist Heydər Oğuz məlumat açıqlayıb. "Naxçıvan təhsil sistemində "anti-sanitar" fırıldaq" deyə başlığı keçən Heydər Oğuz bildirir: "Naxçıvan Təhsil Nazirliyindəki mənbə: "Bakıdan gələn yoxlama qrupunun məktəblərə girməsinin qarşısını almaq ůçůn təhsil ocaqlarını dərhal dərmanlatdılar" ". Məsələ diqqətimizdədir. dia-az.life olaraq əlavə bilgilərimiz olacaq... Geri qayıt |