Əsas Səhifə > Gündəm, Manşet > Gömrük məmuru Həsən Əyyubov vətəndaşı dözülməz həddə çatdırıb

Gömrük məmuru Həsən Əyyubov vətəndaşı dözülməz həddə çatdırıb


16-03-2023, 08:24
Gömrük məmuru Həsən Əyyubov vətəndaşı dözülməz həddə çatdırıb
DİA.AZ: - Enerji Resusları və Dəniz Nəqliyyatında Baş Gömrk İdarəsinin rəisi Həsən Əyyubov “Dubay Kass” avtosalonun sahibinə qarşı külli miqdarda ziyan vurduğun iddia edir. DİA.AZ xəbər verir ki, sözü gedən qurumun qarşısında etiraz edən avtosalonun sahibi Zaur Həşimov bildirib ki, ona məxsus olan avtosalondan 55 min dollara Range Rover, 23 min dollara Prado, 36 min dollara X6, 22 min dollara Toyota Camry, 80 min dollara dizel Lexus avtomabilləri özünə və yaxınlarına alıb pulunu ödəmir.

“Qardaşımla birlikdə dəfələrlə Həsən müəllimin qəbuluna gəlsək də məni qəbul etməyib, qardaşımı qəbul etdi, bildirdi ki borcu verəcək, amma üstündən xeyli zaman keçsə də borcu ödəmir, mesaj yazıram, zəng edirəm, hər dəfədə deyir, görüşəcəyik, borcu verəcəm, belə vədlər verir. Ancaq vaxt keçir heçnə yodur.

Həsən Eyyubov əvvəl avtonəqliyyat gömrükdə işləyib, zərərçəkmiş bildirir ki, avtomobillərdən əlavə olaraq hətta ondan mülkiyyət bağ evi də alıb, onun da ödənişin vermir, müxtəlif bahanələrlə vaxt keçirir.

Zaur Həşimov qeyd edir ki, onun da kiməsə borcu var, borc sahibləri məni sıxışdırıb çıxılmaz, durumdayam, bilmirəm nə edim, inanın özümü artıq öldürmək həddindəyəm. Sonda zərərçəkmiş adiyyəti qurumlardan ona kömək etməklərin xahiş edib.

Daha ətraflı aşağıdakı videoda (video tv8-ə məxsusdur):


Geri qayıt