Əsas Səhifə > Gündəm, Manşet > Saatlıda camaatın dərdini EŞİDƏN YOXDUR...
Saatlıda camaatın dərdini EŞİDƏN YOXDUR...28-03-2023, 08:30 |
Martın 27-də Saatlının 4 kəndinin sakinləri Saatlı-Bakı yolunun yanında etiraz ediblər. Sakinlər kəndlərinə suyun verilməməsindən şikayətləniblər. "Özləri izah edir, deyirlər əkin-biçin yoxdur, su yoxdu, pulla ala bilmirik və s." Martın 13-də də eyni tələblə kəndlilər Saatlı-Bakı yolunu bağlayaraq etiraz etmişdilər. Nəticədə 3 nəfər polisin atdığı rezin güllədən yaralanmış, daha 3 nəfər isə inzibati qaydada həbs edilmişdi. Martın 14-də rayon rəsmiləri sakinlərlə görüşdə problemin həll olunacağına vəd versələr də, sakinlər problemin olduğu kimi qaldığını deyirlər. Martın 23-də keçirilmiş aksiyaya polis müdaxiləsi olmayıb. Toplum TV Geri qayıt |