Əsas Səhifə > Gündəm, Manşet > "Bir ölkə ki vətəndaşına sahib çıxmırsa..."
"Bir ölkə ki vətəndaşına sahib çıxmırsa..."9-04-2023, 01:30 |
DİA.AZ: - "Biz yaşadıq sizin başınıza gəlməsin deyə yazıram". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Ayaz Səmədzadə adlı istifaəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "3 ay öncə Wizz Air ilə Bakı Abu Dhabi Maldiv və eynilə geri Bilet almışdım. Həmişə viza alışını Dubai FlY ilə edirdim bu dəfə müraciətim "Matrix Oasis" adlı bir turizm adlı bir firmaya həvalə etdim. 26 mart tarixinda Bakıdan yola düşdüm. Wizz air Allahın bir qurtum suyunu belə pulsuz vermədi. Abu Dhabidən isə 5 saat 20 dəqiqə yol getdik heç bir şey vermedilər əvəzində vasmoyun bazarı kimi satış edirdilər. Nəsə 5 apreldə Abu Dhabiyə qayidanda bəlli oldu ki vizamızıyalnış alıblar. Bir girişli alıblar. Bizi təyyarəyə almadılar. Viza alanlara etiraz etdim növbəti günə viza və bilet aldılar. Bu gün səhər 6:10 da abu dhabidən bakıya uçuşumuz vardı. Lakin Maldivdən çıxan Wizz air təyyarəsi 5 saat gecikmə ilə çıxdı. Nə bilet alıb verdilər, nə kompensasiya nə də başqa bir şey. Abu Dhabi hava limanında kimə şikayət etsəkdə bizlik deyil, siz niyə onlardan bilet almısız, onlar səviyyesiz kompaniyadı və s deyib yola verdilər. Bütün bu olanların sonunda 6 biletimiz yandı. Buna çox üzülmədim. BƏƏ Abu Dhabi şəhərciyində yerləşən səfirliyə zəng etdik problemi çatdırdıq. Səfirlik əməkdaşı isə əvəzində biz sizə heç cür kömək edə bilmərik dedi. Maddi köməklik heç edə bilmərik. Açma halbu ki olan qalan pullarımızın hamısına da biletlər almışdım. Belə səfirliyi olan ölkəni mən necə tərifləyim?" Məsələ ilə bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |