Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvanda sakinlərə rəsmən DƏHŞƏT YAŞADILIR...

Naxçıvanda sakinlərə rəsmən DƏHŞƏT YAŞADILIR...


10-04-2023, 10:31
Naxçıvanda sakinlərə rəsmən DƏHŞƏT YAŞADILIR...
Yaz ayları başlayandan bəri Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilməsində uzun fasilələr yaranır. Bunun bir səbəbi suyun məmurların şəhər kənarındakı villalarına verilməsi, digər səbəbi isə, yaşıllıqların suvarılmasında istifadəsidir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a şəhər sakinləri məlumat verib. Onların bildirdiyinə görə, su yalnız gecə saat 12-dən sonra kəsintisiz verilir. Naxçıvan şəhər Heydər Əliyev prospektində yaşayan Səlim Cabbarov deyir ki, bir müddət öncə su çənləri qadağan olunduğundan, ehtiyat su da yığa bilmirlər. Bu səbəbdən gün ərzində bir neçə saat susuz qalırlar:
“Son zamanlar bəzən suyu səhər saat 11-dən axşam saat 12-yə qədər kəsirlər. İşdən toz torpaq içində gəlirik, yuyunmağa ehtiyac olur, su tapa bilmirik. Bir neçə il əvvəl su çənlərimizi yığışdırdılar ki, daimi su veriləcək. Çən qoymağı qadağan etdilər. İndi çənimiz də yoxdur. Qalmışıq çıxılmaz vəziyyətdə. Şikayət edirik, lakin baxan yoxdur. Deyirlər ki, müvəqqəti çətinlikdir, düzələcək. içməli suyun verilməsində problemi yaradan son illər şəhərin kənarında tikilən, yüksək vəzifəlilərə aid olan villalardır. Hər birinin böyük həyəti var. Bütün günü onların həyətlərindəki yaşıllıqların suvarılması üçün içməli sudan istifadə edilir. Onlar heç su pulunu da ödəmirlər. ”
Qoçüstü məhəlləsində yaşayan digər şəhər sakini Sinan Məmmədov deyir ki, hər il yaz gələndə eyni problemlə üzləşirlər:
„Yaz gələndən bəri Naxçıvan şəhər İcra Hakimiyyəti gündüzlər suyu daha çox yaşıllıqların suvarmasında istifadə edir. 9-cu mərtəbəsində yaşayıram, mart ayından suyun təzyiqini aşağı salıblar. Nasos işlətmədən yuxarı mərtəbələrdə su götürmək mümkün deyil. Nasosları isə bir neçə il əvvəl kəsib götürüblər. Sonradan nasos quraşdıranlar istifadə edə bilir. Bizim nasosumuz olmadığı üçün çox zaman qonşudan su daşımalı oluruq. Su veriləndə də təzyiq o qədər aşağı olur ki, qızdırıcı işləmir. İsti sudan istifadə etmək olmur”.
Məsələ ilə bağlı Naxşıvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümükün olmadı. Onların da mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt