Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvanda təkcə rüşvət yox... yaşam da BAHALAŞIB...
Naxçıvanda təkcə rüşvət yox... yaşam da BAHALAŞIB...19-04-2023, 00:36 |
Naxçıvanda ətin ardınca süd məhsullarının da qiyməti kəskin bahalaşıb. Məsələn, pendirin qiyməti 4 manatdan 8-ə, bir manat satılan qatıq 2-yə qaldırılıb. İstehsalçı sahibkarlar bunu mal-qara yeminin süni şəkildə bahalaşması ilə izah edirlər. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sahibkarlar məlumat verib. Naxçıvanda istehsal olunan taxılın topdan alış və satış qiymətini dövlət tənzimləyir. Taxılın satış qiymətinin ötən aydan kəskin bahalaşdığı bildirilir. Bu isə, ot və samanın qiymətinə də mənfi təsir edib. Yerli sakinlər bildirir ki, südün qiymətində nisbətən az bahalaşma var. Şərur rayon sakini Mətanət İsmayılova deyir ki, inək südü təxminən 20-30 faiz bahalaşıb: “70-80 qəpiyə aldığımız südün litri 1 manat olub, yəni 20-30 faiz bahalanıb. Buna baxmayaraq, qatıq və pendirin qiyməti iki dəfə qaldırılıb. Bir kiloluq qatığın qiyməti 1 manatdan 2-yə, pendirin qiyməti 4-5 manatdan 8-ə qalxıb. Əslində bu qədər fərq olmamalı idi. Sosial vəziyyəti ağır olan ailələr üçün bu ciddi qiymət qalxımıdır. Mal-heyvan saxlamayanlar üçün süd-qatıq əlçatmaq olacaq“ Heyvandarlıqla məşğul olan Nurlan Qafarov da qiymətlərin qalxmasına səbəbi yemin qalxmasında görür: “Yemin qiyməti qalxıb. Daha döğrusu, dövlət özü qaldırıb. Payızda məhsulu əkinçiləırdən ucuz qiymətə yığırlar, indi də fürsətdən istifadə edib, qaldırırlar. Bildiyiniz manopoliyadır. Ot “presi”ni 4-5 manata alırdıq, 7 manata qalxıb. Arpa və buğdanın qiymətinin qalxması ot və samana da təsir edib. Bunun qarşılığında bid də məcburuq ki, istehsal etdiyimiz məhsulun qiymətini qaldıraq. Yoxsa, iflas olarıq”. Geri qayıt |