Əsas Səhifə > Gündəm, Manşet > "Bunlarla necə danışım... bilmirəm artıq..."

"Bunlarla necə danışım... bilmirəm artıq..."


29-05-2023, 12:22
"Bunlarla necə danışım... bilmirəm artıq..."
DİA.AZ: - "30 mart tarixində "Umico"dan simsiz tozsovuran almışam kreditlə". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kəmalə Abdullayeva adlı istifadəçi giley edir.

"Bunlarla necə danışım... bilmirəm artıq..."

Daha sonra narazı vətəndaş bildirir: "Mənə ilk başda 1 il qarantisi var deyilmişdi. Tozsovuranı işlətdikcə çox az zaretka saxladığını gördüm. Mənə 1 saat 30 dəqiqə deyilmişdi amma 30 dəqiqə belə saxlamırdı. Umicoyla danışdım qaranti məsələsinin öz səhvləri olduğun bilib mayın ilk günləri gəlib apardılar diaqnostikaya. Tez-tez əlaqə saxlamağıma baxmayaraq deyirdilər gözləyin. May ayında mən evimdə olmayan əşyaya görə kreditidə ödədim. Sonra mən satıcı mağazayla danışdıqda məhsulun detalının olmadığını və düzəlməyəcəyini umicoya bildirdiklərini dedilər. Umicoya qaytarma və dəyişmə ilə bağlı müraciet etdiyim hər gün eyni söz deyilir sizlə 5 dəqiqəyə əlaqə saxlayırıq, 10 dəqiqəyə. 1 saata 100% əlaqə saxlayırıq. Və belə belə artıq 14-15 gündü nə pulumu verirlər nə məhsulu geri qaytarma edirlər. İyun ayı gəlir artıq mən ödəməsəm % gələcək. Bunlarla necə danışım bilmirəm artıq..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt