Əsas Səhifə > Gündəm, Manşet > Qusarda 30 hektar meşə torpağı nazirin kürəkəninə necə hədiyyə edildi..?
Qusarda 30 hektar meşə torpağı nazirin kürəkəninə necə hədiyyə edildi..?2-06-2023, 08:12 |
Ekologiya sahəsi ilə bağlı onu qeyd edək ki, ilk ekologiya nazirimiz Hüseynqulu Bağırov tarix müəllimi olub. Özünüz nəticə çıxardın. Bəli, Hüseynqulu Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. Və tarix müəllimi olan Hüseynqulu Bağırov 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. 2001-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri olmuşdur. Təsəvvür edirsiniz, tarix müəllimi, ticarət naziri....və filosof ekologiya naziri... Nə isə, əsas mövzudan yayınmayaq. Deməli, bütün fəaliyyəti boyu Azərbaycanda ağacların, meşələrin məhv edilməsinə çalışan və milyonlar qazanan Hüseynqulu Bağırov nəhayət 2018-ci ildə vəzifəsindən uzaqlaşdırıldı. Bütün cəmiyyət düşünürdü ki, nəhayət ekologiya sahəsinə bələd olan bir şəxs bu sahəyə rəhbərlik edəcək. Bəli, 2018-ci ildə Muxtar Babayev ekologiya naziri təyin olundu. Əvvəlki ekologiya naziri Hüseynqulu Bağırov tarix müəllimi idi. Onun xələfi Muxtar Babayev isə 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib və 1994-cü ildə “Narxoz”u qurtarıb. İndi özünüz nəticə çıxardın. Filosof və ekologiya naziri. Deməli, Muxtar Babayev ekologiya naziri olana kimi 2-3 il SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti vəzifəsində işləmişdi. Muxtar Babayev ekologiya naziri olan kimi vaxtı ilə SOCAR-da çalışdığı və meşəçilkdən, ekologiyadan anlayışı belə olmayan bütün döst-tanışları, qohumlarının hamısını Nazirliyə transfer etdi. Və hamısına demək olar ki, nazirlikdə bir sıra aparıcı vəzifələr tapşırıldı. Belə şəxslərdən biri də cənab nazirin dostu Elxan Baxışovdur. Bəli, bir neçə ay əvvəl cənab nazir Muxtar Babayev Elxan Baxışovu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edib. Məlumat üçün onu qeyd edək ki, Elxan Baxışov əvvəlki illərdə 2 saylı Yaşıllaşdırma İdarəsinin rəisi olub. Məlumatlı şəxslər onu da bildirirlər ki, cənab nazir Elxan Bəşrirovun əli ilə Azərbaycanın şimal-qərb zonasında olan ən sıx meşə sahələrinin min hektarlarla ərazisini ağır texnikaların köməkliyi ilə yer üzündən sildi və yerində fındıq bağları əkildi. Meşə cinsli qiymətli ağaclar "sanitar qırıntı" adı altında kütləvi surətdə kəsilərək PARKET sexlərinə daşındı. Bəli, cənab nazir Muxtar Babayev ötən il Qusarda 30 hektar meşə torpağını öz kürəkəninə hədiyyə edəndə.... Bütün ölkə mediası keçən il yazdı ki, cənab ekologiya naziri Muxtar Babayev Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında yerləşən meşə fondunun 210 ha- torpaqlarını ayrı-ayrı işbazlara bağ salmaq ( gilas, alma armud) adı altında qanunsuz olaraq icarə müqaviləsi bağlayaraq satmışdır. Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəninə peşkəş etmişdir. Və bu sövdələşmədə Elxan Bəşirov vasitəçi olub. Kimin şübhəsi varsa, buyursun Elxan Bəşrovun mətbuata verdiyi cavaba nəzər salsın. ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Elxan Baxışov yazır: “ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən keçirilmiş tenderlərdə bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı ilə açıq müsabiqə metodu ilə həyata keçirilmişdir. Və mətbuatda yazılanlar şər-böhtandır”. Gördünüzmü, Elxan Bəşirov medianı şər-böhtanda ittiham edir. Bu yerdə deyirlər ki, OĞRU elə bağırdı ki… //gundelik-baku.com// Geri qayıt |