Əsas Səhifə > Gündəm, Manşet > Dövlətin sosial siyasətinin HEYBƏT İMANOV ƏYLƏCİ...
Dövlətin sosial siyasətinin HEYBƏT İMANOV ƏYLƏCİ...13-06-2023, 08:11 |
DİA.AZ: - "Azərbaycanda sosial “qətliamın” ideoloji rəhbəri kimdir? Heybət İmanov... Bəli, məhz bu şəxs 20 ildir dövlətin sosial siyasətini icra edən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yuva quraraq özünün bədnam əməllərini icra etməklə məşğuldur. İnsanların haqq etdiyi pensiyalar bu şəxsin tərtib etdiyi siyahılar əsasında dayandırılır, insanlara min bir zillət yaşadılır". Bütün bunlar DİA.AZ-a Kərim Məmmədovun müəllifliyi ilə göndərilən məqalədə yer alıb. Məqalədə daha sonra bildirilir: "Bu mənada nazir Sahil Babayevin sevimlisinə çevrilib. Pensiyaları kəsib, xalqa zülm yaşatmaq hesabına büdcəyə xeyir veririk deməklə özlərinə rahat yol seçiblər. Bunun hesabına özünəməşğulluq proqramlarından, mənzil tikintisindən milyonları rahatlıqla mənimsəyirlər, elə bil həmin pul büdcə pulu deyil. Əslində hakimiyyət rəsmiləri də nəhayət başa düşməlidirlər ki, insanları hakimiyyətdən narazı salan bu şəxslərin hakimiyyətə ancaq ziyanları dəyir. Onsuz xalqdan “qənaət etdiklərindən” də artıq məbləği müxtəlif yollarla özləri mənimsəyirlər. Bu şəxslərin vəzəfilərindən uzaqlaşdırılması ölkədə Qarabağ Zəfərindən sonra ən böyük “Sevinc bombası” effekti yaradar. Hakimiyyət rəsmilərinin bunu nəzərə alması hakimiyyət üçün də böyük imkan deməkdir. Cənab Prezidentin bir-iki dəfə Sahil Babayev barədə xoş söz deməsi, o demək deyil ki, cənab Prezident onu toxunulmaz elan edib. Görünür Cənab Prezidentə də Sahil Babayev barədə səhih məlumatlar çatdırılmır. Cənab Prezident həqiqəti bilən kimi xalqı bu böyük sevincdən məhrum etməz. Onsuz Sahil Babayevin nə kimi “qabiliyyəti” var idisə xərcləyib, bitirib, bundan sonra onun o vəzifədə qalması ancaq və ancaq hakimiyyətin maraqlarına qarşı olar. Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bildirir ki, dövlət orqanlarında ixtisar labüddür, dövlət işlə təmin etməyi öz üzərinə götürməməlidir. Sonra isə bildirir ki, adamlar işsiz qalmamalıdır, özünəməşğulluq proqramlarına cəlb edilməlidir, yəni demək istəyir ki, siz ixtisar edin mənə pul ayırın mən güya onları özünəməşğul edəcəm, yəni onların hesabına milyonlar mənimsəyim. Adamın hiyləgərliyinə baxın. Hesablama Palatası son 5 ildə özünəməşğulluq proqramının icrasını təftiş etsə dəhşətli mənzərə ortaya çıxacaq, məlum olacaq ki, özünəməşğulluq adı verilən işlərin 80%-i saxtadır, sadəcə pulllar mənimsənilib. Ondan sonra onun nəticələrini Cənab Prezidentə təqdim etsin, görək onda Sahil Babayevin vəziyyəti necə olacaq. Cinin canı şüşədə olduğu kimi Sahil Babayevin canı da özünəməşğulluq proqramlarının təftişindədir. Onu açmaq gərək. Xalq heybət İmanovun adını yaxşı yadında saxlamalıdır. İlk növbədə bu şəxslərin övladlarının gələcəkdə Azərbaycanda dövlət vəzifələri tutmasının qarşısını almaq üçün. Heybət İmanov təkcə pensiyaları kəsməklə məşğul deyil, o həm də Nazirlikdə qurulan korrupsiya şəbəkəsinə rəhbərlik etməklə məşğuldur. Belə olmasaydı bu adam cinayətkar, hazırda həbsdə olan nazirliyin keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin cinayət ortaqlarını başına yığıb onlarla əməkdaşlıq etməzdi. Aidiyyatı orqanlar bununla bağlı araşdırmalara başlasalar fantastik qanunsuzluqların şahidi olarlar. Adam Azərbaycanın qanunlarına nə qədər nifrət edir ki, Əjdər Cəbiyevin pul daşıyanları olan Zaur Rəsulovdan, Rza Əhmədovdan rivizor qayırıb, onları özünün korrupsiya maraqları üçün işlədir. Bu adamın xarici ölkələrin kəşfiyyat orqanlarından, xüsusilə İranın xüsusi xidmət orqanlarından tapşırıq alıb-alması da araşdırılsa, yaxşı olar". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |