Əsas Səhifə > Gündəm, Manşet > Elmin Rəhimovun göstərişinə əsasən əmək müqaviləmə xitam verilib
Elmin Rəhimovun göstərişinə əsasən əmək müqaviləmə xitam verilib15-06-2023, 07:52 |
"Bölmə müdiri ilə anbardarın arasında olan ziddiyyət və Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-dən gələn göstəriş əsasında əmək müqaviləmə xitam verildi." DİA.AZ bildirir ki, bu fikirlər Faktinfo.az saytına "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsinin əmək müqaviləsinə xitam verilmiş mühəndis-mexaniki İsgəndərov Qədir İsgəndər oğlu tərəfindən göndərilən növbəti şikayət məktubundandır. Şikayətçi bildirir ki, 20.12.2022-ci il səhər saatlarında "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində anbardar vəzifəsində işləyən Əliyev Emin Şahin oğlu işə gecikib.Günorta saatlarında isə Emin Əliyev gözlənilmədən işdən gedib.Emin Əliyevin hər iki hərəkəti nəzərə alınmaqla,Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov tərəfindən akt tərtib olundu,4 nəfər akta qol çəkdi,onlardan biri də mən oldum.İşə gecikən və özbaşına işdən gedən,onu KTN-də müdafiə edən,aktın yazılmasını təşkil edən bölmə rəisi qaldı kənarda, "Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun göstərişinə əsasən elə həmin gün iş saatının qutarmasına baxmayaraq əmək müqaviləmə xitam verildi.Nə var,nə var akta qol çəkmişəm,bu da anbardar Əliyev Emin Şahin oğlunun və atasının nazirlikdəki müşavir dostunun xoşuna gəlməyib. Günahsız olduğunu bildirən Qədir İsgəndərov bildirir ki,illər əvvəl "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsinin təşkilində yaxından iştirak edib.Onun çoxsaylı xidmətlərinə rəğmən təqaüd yaşına 3 il qalmış əmək müqaviləsinə xitam verilməsi "Aqroservis" ASC-də baş verən qanunsuzluqlardan,ədalətsizliklərdən biridir. Şikayətçi onu da bildirir ki,son günlər Milli Məclisin bir sıra deputatlarının narahatçılığına səbəb olan məsələlərdən biri də kənd təsərrüfatı məhsullarının idxaldan aslılığının milyard manatlarla əhatələnməsidir."Son illərdə kənd təsərrüfatı mütəxəssislərinin işindən kənarlaşdırılması,onları isə hüquqşünasların,tarix,ədəbiyyat müəllimlərinin əvəzləməsi,neftçi və digər qəbildən olan peşə sahiblərinin aqrar sektora vəzifəyə gətirilməsi idxaldan aslılığı durmadan artırıb.Onu kimi 41-42 dərəcə istidə sahələrdə olan mütəxəssislərə isə qiymət verilməyib. Onların " mükafatı" əmək müqaviləsinə səbəb göstərilmədən xitam verilməsi olub,"-deyir şikayətçi. Əmək müqaviləsinə xitam verilən şəxs onu da bildirir ki,məsələ təkcə gübrə satmaq deyil,bunu bacaralar.Gəlsinlər "Aqroservis" ASC-də istənilən şəxslə polemikaya hazıram,görüm kənd təsərrüfatı təyinatlı maşın və mexanizmilərdən kim daha çox mükəmməl bilgiyə malikdi.Biçin vaxtıdı sahələrdə kombaynlar bəzən dayanır,mexanizmlərin işlək vəziyyətə gətirilməsi isə operativlik tələb edir.Bu sahənin mütəxəssislərinin isə işdən kənarlaşdırılması məhsul itkisindən başqa bir şey deyil. Təqaüd yaşına 3 il qalmış əmək müqaviləsinə xitam verilmiş mühəndis-mexaniki İsgəndərov Qədir İsgəndər oğlu əmindir ki,pozulmuş hüququnun bərpası istiqamətində yeni təyin olunmuş Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov ona köməklik göstərəcək,işindən hansı səbəbdən kənarlaşdırılmasının araşdırılmasına göstəriş verəcəkdir. Geri qayıt |