Əsas Səhifə > Gündəm, Manşet > "Cahan" Holdingdə MAAŞ BÖHRANI

"Cahan" Holdingdə MAAŞ BÖHRANI


26-06-2023, 12:58
"Cahan" Holdingdə MAAŞ BÖHRANI
“Cahan Holdnq”də təmizlik işlərininə baxan 20 nəfər əməkdaş iki aydır maaş ala bilmədiklərini deyir. Onların sözlərinə görə, rəhbərlik bunu holdinqdəki bəzi sektorların bağlanması və gəlirin azalması ilə əlaqələndirir. DİA.AZ-ın məlumatına görə, təhlükəsizlik səbəbindən adlarının açıqlanmasını istəməyən şikayətçilərin „Gündəlik Naxçıvan“a bildirdiyinə görə, holdinq bundan əlavə onların əmək hüququnu da pozur:

“Bizim bağlanan şirkətlərlə heç bir əlaqəmiz yoxdur. Maaşımızı tələb edirik. Qanunda nəzərdə tutulmayan hər işə göndərirlər, maaşımızı isə vermirlər. Biz „Cahan Gənclər Şəhərciyi”nin bütün işlərinə baxırıq. Təmizlik, bağban işləri, kommunal xərclərin, kirayələrin yığılması, digər abadlıq işləri. Hər gün işə gəlirik, kölə kimi işlədirlər. Ancaq, müxtəlif bəhanələrlə maaşımızı vermirlər.”

Onlar deyir ki, problemlə bağlı rəhbərliyə bir neçə dəfə şikayət ediblər, lakin onları işdən çıxarılmaqla hədələyiblər:

“Nə edəcəyimizi bilmirik. Hər gün ümidli oluruq ki, bəlkə sabah maaşlarımızı verərlər. Şikayət də etmişik, baxan yoxdur. Bircə gün belə işdən qalmağa imkan vermirlər. Səhərdən axşama kimi qul kimi işlədirlər. Bizi ələ salırlar. Başqa iş də tapa bilmirik ki, gedib işləyək. Ailənin, uşağın üzünə baxa bilmirik. Aidiyyati qurumlardan problemin həlli üçün kömək etmələrini xahiş edirik”.

Məsələ ilə bağlı „Cahan Holdinq“dən münasibət almaq mümkün olmadı. Qarşı tərəf kimi onların da mövqeyini işıqlandırmağa hazırıq.
Geri qayıt