Əsas Səhifə > Gündəm, Manşet > Beyləqanda vətəndaşın BAŞINA OYUN AÇDILAR...
Beyləqanda vətəndaşın BAŞINA OYUN AÇDILAR...4-07-2023, 08:36 |
Beyləqanın bəzi dövlət qurumlarında qol qoyulan haqsızlığın, məmur özbaşınalığının və s. varlığı, bu gün yerli sakinlərin həyat tərzinə o dərəcədə sirayət etmişdir ki, artıq ümumi vəziyyət dözülməz həddə çatmışdır. Bu sırada olmazın dərdə düçar olan sakinlərdən biri də, 1980-cı illərindən rayonun “Şitillik” adı ilə tanınan ərazisində ailəlikcə yaşayan 67 yaşlı Məmmədov Əli Abdulkərim oğludur. Qeyd edək ki, bu şəxs həmin illərdə “Şitillik” qəsəbəsində özləri üçün fərdi yaşayış evi tikmiş, övlad böyütmüş, oğul evləndirmiş, qız köçürmüşdür. 2022-ci ildən Əli Məmmədov və onun ailə üzvləri olmazın problemləri ilə üz-üzə qalırlar. Yəni, qonşusunun etdiyi müraciət əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşı Cəfər Cəfərov və digərləri, 1980-ci illərdən Əli Məmmədovun və bu şəxsin ailə üzvlərinin istifadəsində olan həyətyanı torpaq sahəsində elə bir formada ölçü həyata keçirirlər ki, bu ailəyə məxsus həyətyanı torpaq sahəsi qonşunun pay torpaq sahəsi kimi qeyd olunur. Baxmayaraq ki, həmin vaxt Əli Məmmədov, Beyləqan Ərazi İdarəsinin əməkdaşı Cəfər Cəfərova və bu şəxslə birlikdə ölçü işlərini həyata keçirənlərə “Mənim əlimdə rəsmi sənədlərim var” deyir. Həmin şəxslər isə cavabında “Baxarıq” desələr də, daha sonra Əli Məmmədovu düşünülmüş şəkildə oyuna düçar edirlər. Belə olan halda Əli Məmmədov adı çəkilən bu dövlət qurumunda şöbə müdiri vəzifəsini daşıyan Əlqəməd Quliyevin qəbulunda olur və ona qol qoyulan əməllərlə bağlı kəskin narazılığını bildirir. O halda şöbə müdiri ona “Burada başqa nəsə ola bilməz, o dərəcədə səhvə də yol verilə bilməz” cavabını verir. Düzdür, şöbə müdiri ümidverici cavab versə də, faktdır ki, bütün bu kimi oyunlardan sonra Əli Məmmədovun qonşusu məhkəməyə müraciət edir və məhkəmə iddaçı tərəfin iddiası əsasında qərar çıxarır. Hal-hazırda 11 nəfərdən ibarət ailə üzvlərindən yaşadıqları evdən çıxmaları tələb olunur. Əli Məmmədov üzüzə qaldıqları bu problemlə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinin indiki rəisi cənab Yunis Əfəndiyevin qəbulunda olur və yeni rəhbərlik ona “iyulun 3-də qəbuluma gəl, həmin məsələ ilə bağlı yeni araşdırma apararıq” cavabını verir. Biz də bir media qurumu olaraq o halın varlığına ümidvarıq ki, cənab Yunis Əfəndiyev 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşı Cəfər Cəfərovun və digər əməkdaşların qol qoyduqları səhvin qaydaya salınması üçün müvafiq addımlarını atıb, 11 nəfərdən ibarət ailə üzvlərinin üz-üzə qaldıqları problemin ədalətli həllinə nail olacaq. Mövzu diqqətimizdədir. //gundemxeber.az// Geri qayıt |