Əsas Səhifə > Gündəm, Manşet > 11 saylı Cəzaçəkmə Müəssisəsində QANUNLAR İŞLƏMİR...

11 saylı Cəzaçəkmə Müəssisəsində QANUNLAR İŞLƏMİR...


12-07-2023, 08:32
11 saylı Cəzaçəkmə Müəssisəsində QANUNLAR İŞLƏMİR...
DİA.AZ: - Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlunun anası, Göyçay rayon sakini Səmədova Gülnaz Mirzə qızı tərəfindən ölkə başçısına və aidiyyəti orqanlara müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən şikayətdə deyilir:

"Bildirmək istəyirəm ki, Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən övladım Səmədov Əli Azər oğlunu karsa salıblar. Səbəb isə odur ki, müəssisə rəhbərliyinin iddiasına əsasən, guya oğlum Əli mobil telefondan istifadə edirmiş. Bu, açıq-aşkar yalan və böhtandır. Əslində balama atılan iftiranın arxasında tamamilə başqa şeylər var. Belə ki, bir müddət öncə oğlum Əli Penitersiar Xidməti Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədov tərəfindən incidilmişdi. Biz də onun ailə üzvləri olaraq bu haqda yuxarı instansiyalara yazılı ərizələr göndərdik və kütləvi informasiya vasitələrində də paylaşımlar etdik. Mayıl Məmmədovla olan dostluq bağlarına görə 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi xəstə balam Əli ilə ədavət aparmağa başladı. Üzərinə mobil telefon işlədməsi kimi şər-böhtan xarakterli ittihamdır irəli sürülür. Mən məsələ ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) qaynar xətt nömrəsinə də zəng edərək öz şikayətimi bildirmişəm. Növbəti zəngdə bizə məlumat verdilər ki, 11 saylı Cəzaçəkmə Müəssisəsindən onlara məhkum Əli Səmədov daxili qaydaları pozduğuna görə karsa atıldığı deyilib. Hərçənd onlardan xahiş etdim ki, şikayətimi obyektiv araşdırmaq məqsədilə Ombudsman olaraq övladım Əlini yerində qəbul etsinlər. Ancaq, hələki onlar öz missiyasını yerinə yetirməyi gecikdirirlər. Mən isə bir ana kimi balam üçün çox narahatam. 7 iyuldan bəri o, karsdadır və aclıq aksiyasına başlayıb. Özü də 1-ci qrup əlildir. Günlərdir yeməkdən məhrum olması onun həyatı üçün olduqca təhlükəlidir.
Bir daha xatırladıram ki, övladım Əli Azər oğlu Səmədov Cəzaçəkmə Müəssisəsində mobil telefondan istifadə etmir. Belə bir şey olsaydı, ilk öncə ailə üzvləri olaraq onu biz özümüz tənbeh edər və tutduğu əməldən çəkindirərdik. Heç bir valideyn istəməz ki, övladına pislik olunsun. Hazırda çox çarəsiz vəziyyətdəyəm.
Mən mətbuat vasitəsilə ölkə rəhbərliyindən və aidiyyəti orqanlardan çox xahiş edirəm, övladım Əlinin dərhal karsdan çıxarılması, Cəzaçəkmə Müəssisəsində qəbul edilərək dərdinin dinlənilməsi və əsassız ədavətə son qoyulması üçün tapşırıq verəsiniz. Köməklik göstərəcək hər bir kəsə sonsuz minnətdarlığımı bildirirəm."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt