Əsas Səhifə > Gündəm, Manşet > Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR...

Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR...


15-07-2023, 08:26
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR...
DİA.AZ: - "Mən,Həsənov Vidadi İbrahim oğlu,Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşam və haliyədədə həmin kənddə yaşayıram. Birinci Qarabağ müharibəsinin QAZİsi kimi mənzil qeydiyyatına alınmam üçün 2008-ci ildə müvafiq sənədləri toplayaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdim və oradan da mənə sabiq Nazir müavini Qadir Əliyevin imzası ilə mənzil qeydiyyatına alınmam barədə müvafiq cavab verildi(məktubların surətinin məktuba əlavə edirəm)". DİA.AZ bildirir ki, bu barədə Prezidentə Naxçıvandan ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra davam edir: "Sonrakı illər də növbəm ilə maraqlananda mənə başdan sovdu cavablar verilirdi...Şikayət etdim əvəzində Naxçıvan MR ƏƏSM Nazirliyin sabiq rəhbərləri oğlumun işdən çıxarılması ilə təhdid etdilər və məni dövlətimizə və dövlətçiliyimizə qarşı narahat adam kimi tanıtmağa başladılar. HALBU Kİ, MƏN BU DÖVLƏT VƏ MİLLƏT ÜÇÜN 1990-cı ilə qədər qulluq etdiyim Rusiyada bütün şəraitimi,o cümlədən xidməti karyeramı ataraq vətənin müdafiəsinə gəldim və bu yolda vuruşaraq Qazi oldum.Ən nəhayət 2021-ci ildə oğlum Pərvin Həsənovu işlədiyi Sədərək rayon İcra Hakimiyyətində heç bir səbəb olmadan işdən çıxardılar...Son zamanlar məlum oldu ki, Naxçıvan MR ƏƏSM Nazirliyində mənim qeydiyyatım olmayıb və yoxdur.Onlar mənə yenidən mənzil qeydiyyatına alınmam üçün Şərur rayon İH müraciət etməmi tövsiyə etdilər...Sağ olsunlar, Şərur rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə iş üzrə şöbə müdiri Qazimiz Ceyhun müəllim və müvafiq əməkdaşları müraciətimə operativ olaraq baxıldılar. Şərur rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı verilərək mənzil qeydiyyatına alınmam üçün sənədlər yenidən NAXÇIVAN MR ƏƏSM Nazirliyinə göndərildi... Məni incidən bax bu 15 ilin haqsızlığıdır.Oğlumun haqsız olaraq işdən çıxarılmasıdır...15 il bunlar məni aldadıblar və hər şikayət etmək istəyəndə təhdid olummamdır...Bu ilin 08 iyununda mənə Naxçıvan ƏƏSM Nazirliyindən zəng edib dedilər ki, (həm də elektron ünvanıma məktub göndərdilər) Siz mənzil qeydiyyatına alınmısınız və növbəlik əsasında mənzillə təmin olunacaqsınız.Bunların bu cavabından belə çıxır ki, mən bir 15 ildə gözləməliyəm ki, mənzil ala biləm. Amma bunlar unudurlar ki, bu gün mənim 66 yaşım var və nəinki,15 il heç 15 gün belə yaşamağa ümid yoxdur...
Cənab Prezident Sizə ünvanladığım məktubla əlaqədar iyun ayında məni Naxçıvan MR Ali Məclisinə dəvət etdilər.Orada məni Ali Məclisin hansısa şəbəsinin müdir müavini Tural müəllim qəbul etdi, məni narahat edən məqamları ona çatdirsam da mənə dedi ki, Sizi başa düşə bilmirəm...Məni ona dedim ki, mən dərdimi məktubda qeyd etmişəm,sonra hansısa şöbədən başqa bir məmuru da çağırdı oda məni qəbul etdi və dedi ki, ağsaqqal sənin özün də bilmirsən nə istəyirsən...Oradan da məni Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə Aparat rəhbərinin qəbuluna göndərdilər,Aparat rəhbəri ayaq üstü mənimlə görüşdü və başqa iki əməkdaşa həvalə etdi...Mən yenidən onlara dərdimi izah etdim...dedim ki, mənim əlimdə 2009-cu ildə mənzil qeydiyatına alınmam barədə Sizin Nazirliyin rəsmi məktubu var...İndi Siz mənə deyirsiniz ki, Siz yenidən mənzil qeydiyyatına alınmısınız və növbəlik əsasında mənzillə təmin olunacaqsınız,mən isə deyirəm ki, Məni incidən bax bu 15 ilin haqsızlığıdır, 15 ildir mən gözləyirəm,belə çıxır ki, bir 15 ildə gözləməliyəm...Axı mənə qarşı haqsızlıq olunub,məni aldadıblar,təhdid ediblər, Oğlumun haqsız olaraq işdən çıxarıblar.Düszdür öz ərizəsi əsasında işdən çıxarıblar çünki, başqa bir səbəb tapa bilməyiblər,ona görə də məcburən ərizəsini alıb işdən çıxarıblar...
Axı mən kimə nə deyim,kimə dərdimi anladım...Bunun bir yolu qalıb ki, İNTİHAR EDİM...Belə məmurlar biz QAZİLƏRİ İNTİHARA sövq edirlər...Axı mənim günahım nədir..."

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR...
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR...
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR...
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR...

Geri qayıt