Əsas Səhifə > Gündəm, Manşet > “Beynəlxalq Bank” qazinin pulunu mənimsəyib
“Beynəlxalq Bank” qazinin pulunu mənimsəyib25-07-2023, 09:01 |
Şəkildə gördüyünüz 2-ci Qarabağ qazisi, müddətsiz ikinci qrup əlil Əsədov Binnət Təvəkkül oğlu, müharibədə aldığı xəsarət səbəbindən hər iki ayağında çürümə gedir. Binnət iki ildir ki, yataq xəstəsidir. Müalicə üçün müraciət etsə də, müraciəti cavabsız qalıb. Ona verilən 6600 sığorta pulunun 3300 -nü Azərbaycan Beynəlxalq bankı borcuna görə mənimsəyib. Baxmayaraq ki, müharibə iştirakçılarının Banklara olan borclarının bağışlanması ilə bağlı prezidentin sərəncamı olmuşdur. Hal hazırda qazimizin Beynəlxalq bank tərəfindən tutulan sığorta puluna ciddi eytiyyacı var. Deyir heç olmasa pulu qaytarsalar mən öz hesabıma müalicəyə gedərdim. Əks halda hər iki ayağımın kəsilməsi qaçılmazdır. Tel: 051 979 13 33 //sozcu.az// Geri qayıt |