Əsas Səhifə > Gündəm, Manşet > Bir tərəfdə böyüklər mərc gəlir, digər tərəfdə uşaqlar dərs alır...
Bir tərəfdə böyüklər mərc gəlir, digər tərəfdə uşaqlar dərs alır...8-08-2023, 01:01 |
Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində fəaliyyət göstərən məşhur mərc oyunları operatoru Azərbaycan qanunlarını pozur. DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, söhbət adının qarşısında “qanuni” yazılsa da, qanunsuz fəaliyyətlə məşğul olan idman mərc oyunları operatoru “Misli”dən gedir. Ərazidə həm 25 saylı tam orta məktəblə, həm də Humanitar fənlər təmayüllü məktəb-liseylə yanaşı fəaliyyət göstərən “Misli” məntəqəsi qanunları pozduğundan özü də xəbərdardır. “Təhsil haqqında” Qanunun 11.5. maddəsinə deyilir: “Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir”. Sözügedən ünvanda apardığımız müşahidə zamanı obyektin əvvəlcə öz adı ilə fəaliyyət göstərdiyi görülür. Məktəbə kifayət qədər yaxın məsafədə yerləşməsi, görünür, məntəqə sahibini də narahat edib və o, iz azdırırmış kimi obyektin üzərindən adını çıxarıb loqosuz fəaliyyət göstərməklə məsuliyyətdən yaxa qurtarmağa çalışıb. Bu zaman da "Reklam haqqında" qanunun tələblərini pozulub. Qanunun "Gizli reklam" bölümündən deyilir: 8.1. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam”, yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır.8.2. Gizli reklama yol verilmir. Qəribədir ki, orta məktəb müəssisələrinin yaxınlığında 1276 nömrəli “Misli” məntəqəsinin fəaliyyət göstərməsi aidiyyəti qurumların da diqqətindən kənarda qalıb. Məlumat üçün bildirək ki, “Misli” məntəqəsi açmaq üçün seçilmiş ərazi əvvəlcə operatorla razılaşdırılmalıdır. Məntəqə sayı çox olan ərazilərə, eləcə də mövsümlə əlaqəli olaraq gediş-gəlişin artdığı bölgələrə limit ayrılmır. Buna görə də, Bakı şəhərində obyekt açmaq daha rahatdır, nəinki Sumqayıt və digər ərazilərdə... Ərazi məsələsi həllini tapandan sonra məntəqə açmaq istəyən şəxs minimum 30 kvadratmetrlik obyekt tapmalıdır. Bəzən şəhər mərkəzində, metro çıxışlarında bu şərtə əməl etmədən də işləmək olur. Belə ki, əhalinin sıx toplaşdığı yerlərdə 20 kvadratmetr yerdə də işləməyə icazə verilir. Fəaliyyət göstərən məntəqə bağçaya, məktəbə minimum 100-150 metr uzaq məsafədə olmalıdır. Əks halda Dövlət Reklam Agentliyi obyektin üstünə reklam vurmağa icazə vermir. “Misli”nin şərtlərindən birinin məntəqələrin üzərində mütləq şəkildə reklam lövhəsinin olmasıdır. Buna baxmayaraq, sözügedən 1276 nömrəli məntəqə bu tələbi də pozub. Bundan sonra tapılan obyektin interyeri operatorun təqdim etdiyi konsepsiyaya uyğun olaraq təmir olunmalıdır. Məntəqə avadanlıqlarla – televizor, kompüter, vinil, divar stulları və sair obyekti açanın şəxsi vəsaiti hesabına təchiz olunur. Şəhər ərazisində 30 kvadratmetrlik məntəqə təxminən 15-16 min manata başa gəlir. Bunun 6 min manatı depozit məbləğidir, qalanı isə təmir işləri üçün nəzərdə tutulur. Məntəqə nisbətən yaxşı vəziyyətdə olarsa, bu məbləğ ortalama 13 min manat civarında ola bilər. Bundan sonra obyektə şirkət tərəfindən lisenziya verilir. Rəsmi şəkildə qeydiyyatdan keçdikdən sonra vergi mütləq şəkildə ödənilməlidir. Sahibkar hər üç aydan bir satışdan gələn gəlirin 4 faizi qədər vergi ödəməlidir. Qeyd edək ki, faktın əsasını təkrar yoxlamaq üçün gizli fəaliyyət göstərən 1276 nömrəli “Misli” məntəqəsindən avqustun 8-də keçiriləcək oyuna bilet də almışıq. Şansımız gətirsə, 51 manat udacağıq... VİDEO BURADA: https://ok.ru/video/6635896703603 Geri qayıt |