Əsas Səhifə > Gündəm, Manşet > Ucarda bələdiyyə sədri AT OYNADIR...

Ucarda bələdiyyə sədri AT OYNADIR...


24-08-2023, 08:52
Ucarda bələdiyyə sədri AT OYNADIR...
DİA.AZ: - Ucar rayonu Ramal kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildirmək istəyirik ki, Ucar rayonu Ramal kənd Bələdiyyəsinin sədri Xeyrəddin Məmmədov özbaşınalıqlar edir. O, kəndin ümumi istifadəsində olan örüş sahələrini imkanlı şəxslərə satır. Biz isə mal-qaranı otarmağa yer tapmırıq. Dəfələrlə X. Məmmədov barəsində şikayətlər etmişik. Hətta Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov kənd sakinləri ilə keçirdiyi səyyar görüş zamanı ona da bələdiyyə sədrinin kənddə at oynatdığını, örüş torpaqlarını qanunsuz olaraq satdığını bildirmişdik. Mənsur Məmmədov da öz növbəsində bələdiyyə sədrinə örüş sahələrimizə toxunmaması üçün tapşırıq vermişdi. Buna baxmayaraq, Xeyrəddin Məmmədov davranışı ilə "Burda mənəm, Bağdadda kor xəlifə" - demək istəyir. Kənd sakinlər içərisində Vətən müharibəsi iştirakçıları da var. Həmin müharibə veteranları istifadə üçün ondan torpaq sahəsi istədikdə, rüşvət tələb edir. Bir sözlə, biz qətiyyətlə onun bələdiyyə sədri olmasına narazıyıq. O, özü hektarlarla torpaqları zəbt eləyərək əkib-becərir. Kasıb kəndlilərin əksəriyyəti isə dolana bilmədiyi üçün kəndi tərk edərək respublikamızın başqa bölgələrində məskunlaşırlar.
Biz mətbuat vasitəsilə yazılı və videomüraciətlə ölkə başçısı cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirik. Çox xahiş edirik, Bələdiyyə sədri Xeyrəddin Məmmədovun qanunsuz əməllərinə son qoyulsun və o, layiq olduğu şəkildə cəzalandırılsın".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ƏLAQƏDAR VİDEO:



QEYD: videomaterial da şikayətçilər tərəfindən göndərilib...

Geri qayıt