Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudov buna görə NİYƏ CƏZA ALMAYIB?
Eldar Mahmudov buna görə NİYƏ CƏZA ALMAYIB?7-10-2023, 07:12 |
DİA.AZ: - Təbii ki, keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovu iqtisadi xarakterli cinayət əməllərinə görə yüz dəfə həbs etmək olardı, amma bu baş vermədi. Hələ də o, azadlıqdadır. DİA.AZ bildirir ki, onun azadlıqda olmasını növbəti dəfə yanlışa çevirən bir şok faktı isə təhlükəsizlik üzrə tanınmış ekspert Ərəstun Oruclu açıqlayıb. DİA.AZ olaraq ekspertin açıqladığı şok iddianı təqdim edirik: "2004-cü ildə Eldar Mahmudovun ölkənin milli təhlükəsizlik naziri təyin olunmasının ardınca Azərbaycan MTN-nin Ermənistanda 4: agenti həbs edildi. Ermənistan vaxtilə onların istintaqa verdiyi ifadədələri internetdə də yaymışdı. Bunun ardınca məlum oldu ki, onların siyahısı MTN-dən Rusiyaya, ordan da Ermənistana ötürülüb. Bunu çox etibar etdiyim bir keçmiş xidmət yoldaşım demişdi o zaman. Bu barədə 2017-ci ildə yazdığım bloq yazılarımda da qeyd etmişəm. Daha sonra isə həmin erməniləri əməkdaşlığa cəlb etmiş MTN zabiti ölkədən köçüb getdi. Bunu belə izah edirdilər ki, özlərinin cinayətində onu ittiham edərək həbs edə və bununla da işi bağlaya bilərlər. Şübhəsiz, onun yerində hər kəs özünü böhtandan xilas etmək üçün belə davranardı. Amma maraqlıdır ki, nə o zaman, nə də Mahmudov işdən çıxarılandan sonra bu haqda heç bir təhqiqat aparılmayıb. Halbuki bir ölkənin 4 casusunun birdən ifşa olunması fövqəladə hadisədir və o, ətraflı araşdırılmalı idi. Heç bir araşdırma olmayıb, ona görə də bütün bunlar unudulmaqda olan iddialar kimi qalmaqdadır". Hər halda bu məsələyə görə Eldar Mahmudovu təkrar dindirmək olar... İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |