Əsas Səhifə > Gündəm, Manşet > Vətən müharibəsi iştirakçısının HAQQI YEYİLİR
Vətən müharibəsi iştirakçısının HAQQI YEYİLİR7-11-2023, 09:10 |
Kəlbəcər rayonu, Oruclu kənd sakini, hal-hazırda Yevlax şəhərində yaşayan Alxanov Mərifət Əyib oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Hərbçi olduğunu bildirən şikayətçi deyir ki, briqada komandiri onu haqsız yerə işdən çıxarıb. “Mən, Alxanov Mərifət Əyib oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 2004-cü ildən hərbçi kimi işləmişəm. 3 hərbi hissədə qusursuz xidmət etmişəm. 44 günlük müharibədə, Talış kənd, Suqovuşan və Laçın, Qaragöl istiqamətində döyüşlərdə iştirak etmişəm. Lakin briqada komandirimiz Səxavət Baxşalıyev medallarımızın üstünü yazmayıb. Özü polkovnik-leytenantdır. Şəhid olanların və özünün yaxın adamlarının medallarının üstünü yazıb, sağ qalanların medallarını isə yazmayıb. Mən öz haqqımı tələb edirəm, döyüşmüşəm, zərbə almışam, sağ qolum və sağ ayağımda sinir qolumu yığıb, açılmır. Laçında olanda ailə vəziyyətimlə əlaqəli report verdim, qəbul etmədilər. Dedilər ki, sənə köməklik edəcəyik, amma bizim adımız olmasın. Gələcəyin əsgəri olacaq oğlum möhkəm xəstə idi. İllərdir Tibb Universitetində müalicə götürür. 2 il olar ki, məni işimdən haqsızlıqla uzaqlaşdırdılar, adını da “uyğunsuzluq” qoydular. Heç bir yerdə iş tapa bilmirəm, aldığım 80 manat heç nəyə bəs etmir. “Məşğulluğ”a yazılmışam, lakin oradan da heç bir xəbər yoxdur. Qaynar xəttə zəng vurmaqdan yorulmuşam, suallarıma cavab verə bilməyib, telefonu üzümə adboy verirlər”. //“Hürriyyət”// Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |