Əsas Səhifə > Gündəm, Manşet > Gömrük Komitəsi vətəndaşları BOĞAZA YIĞIB...

Gömrük Komitəsi vətəndaşları BOĞAZA YIĞIB...


21-11-2023, 09:01
Gömrük Komitəsi vətəndaşları BOĞAZA YIĞIB...
Əslində, nə qədər yazmağından, necə yazmağından asılı olmayaraq Dövlət Gömrük Komitəsinin yartdığı problemlərə nə əncam edən tapılır, nə də bundan gileylənənləri dinləyən...

Dünən DGK şefi Şahin Bağırov gömrük sistemi ilə bağlı az qala bir `İSLAHAT MƏLƏYİ`nə çevrilərək ümidverici, inandırıcı açıqlamalar verdi.

Təbii ki, biz buna inanmadıq. Sadəcə olaraq, Şahin müəllim maraqlı danışdı deyə... eşitdik. Həm də xarici qonaqlar var idi.... Onlar da eşitdi, amma onlar da inanası deyillər... Çünki elə bir neçə gün əvvəl gömrük qapılarımızın real "xarici qonaqları" olan TIR sürücülərinin canlarını boğaza yığan bir neçə gömrükçünün qollarına qandal vuruldu. Yəni "xarici qonaqlarımız" vəziyyətdən halidir.

Sadəcə olaraq hamının maraqla dinlədiyi Şahin Bağırov cənabları yəqin ki, reallıqları bilməmiş deyil.

Mən də öz bloqumda həmin reallıqlardan növbətisini təqdim edirəm. "Trendyol" "milliləşəndən" sonra camaatımızın çəkdiyi iztirab məhz gömrüyün əli ilə birə beş artıb...

Gömrük Komitəsi vətəndaşları BOĞAZA YIĞIB...

Bunu elə narazı vətəndaş da "Müştərinin Səsi" sosial qrupunda ifadə edir.

Elə olduğu kimi də təqdim edirəm vətəndaş gileyini. Hər halda, bu giley qrammatik səhvlərə rəğmən anlaşılandır. Hətta bəzi yazıçı və məmurlarımızdan belə daha anlaşlandır.... Beləliklə:

"Bezmişik bu gomrukun elinden çox mehsulu baglayib Trendyol da Gomruk biz bəs nə edək məcburi baha qiymete mehsullari satirlar bizə gunu gunden qalxir heyf deyildi trendyol qaz tuyunden yorganlari yastiqlari parfumlari pampersleri en yaxsi mehsullari baglayiblar evvel limit qoydular gorduler alinmir 300 dollar limiti bir mehsul tapib ala bilirik indide bagladilar Allaha and olsun ellerinden eseblerim korlanib yox e ele bil deli olmuşam hemin yorgan qaz tuyunden burda 5 qat bahadir..."

Hə, cənablar... Bu da islahatın nəticəsi... Daha doğrusu, ACI də olsa, REAL MƏNZƏRƏSİ...

Müəllif: Məhəmməd ƏRSOY
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt