Əsas Səhifə > Gündəm, Manşet > Ölkə QAPANMAYA GEDİRMİ?
Ölkə QAPANMAYA GEDİRMİ?7-12-2023, 09:08 |
Qızılca büttün ölkədə həyəcan yarada bilib. Məkəbli ölümlərinin artması, təhsil ocaqlarının ayrıca olaraq qapanma qərarı verməsi faktları vəziyyətin ciddiliyindən xəbər versə də nədənsə rəsmi qurumlar baş verənlərlə bağğlı ictimai maarifləndirmədə belə yetərli şəkildə hərəkətli görünmürlər. Bu isə həm şaiyələrə nədən olur, həm də xaotik tədbirlər səbəbindən əlavə gərginliyə... Qeyd edək ki, bununla bağlı sosial şəbəkələr yenə də ƏSAS GƏRGİNLİK OCAĞI kimi çıxış etməkdədir. Qısa müddət içində bu üsulla istənilən ölkədə yersiz gərginlikdən belə kimsə sığortalanmayıb. Odur ki, rəsmilərin müşahidə olunanalrla bağlı daha çox danışması zərurəti hiss olunur. Bununla bağlı açıqlama verən Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert Elyar İslamoğlu bildirir: "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB susur. Normal maarifləndirmə yoxdur. Neftçalada 10 yaşlı məktəbli qızılcadan vəfat edib. Övladı məktəbə gedən valideynlər panikadadır. Məktəblərin çoxunda tibb personalı və tibb xidməti qənaətbəxş deyil. Koronavirusdan nəticə çıxarmamışıq. Zamanında əhali maarifləndirilməlidir". Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |